"Mən onun diz qapaqlarını sındırmaq istəyirdim" - Pelosiyə hücum edən şəxsdən ŞOK ETİRAF
Nensi Pelosinin evinə hücum edən şəxs onun diz qapaqlarını sındırmağı planlaşdırıb.
KONKRET.azxəbər verir ki, bu barədə 42 yaşlı David Ueyn DePeypə hücumla bağlı iki ağır cinayətdə ittiham edən Ədliyyə Departamenti məlumat yayıb.
Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin ərinə hücum etməkdə təqsirləndirilən şəxs müstəntiqlərə deyib ki, o, bunu Konqresin digər Demokrat üzvlərinə nümunə olaraq etmək istəyib.
Həbs edildikdən sonra DePeyp iqamətgaha girəndə spikerin dizlərini sındırmaq istədiyini deyib, çəkici də ona görə götürüb.
DePeypin əsas məqsədi Nensi Pelosini girov götürmək olub. O, bu barədə polisə etiraf edib.
Pelosi isə həmin vaxt mühafizəçilərinin müşayiəti ilə Vaşinqtonda olub.
Sosial media hesablarında 2020-ci il seçkiləri ilə bağlı sui-qəsd nəzəriyyələri və antisemit ifadələr yerləşdirən DePeypin dediyinə görə, Pelosi "həqiqəti" desə, onu buraxacağına, "yalan danışsa" isə "diz qapaqlarını" sındıracağına qərar verib.
O, daha sonra deyib ki, onu demokratlar arasında "sütun lideri" hesab edir. Diz qapaqlarını sındırmaq istəyirdi ki, o, Konqresə aparılsın və bu, "konqresin digər üzvlərinə hərəkətlərin nəticələrinin olduğunu göstərəcək, bir sözlə, görk olacaq".
Paul Pelosi polisə bildirib ki, DePeyp ötən cümə səhər tezdən onların evinə girəndə o yatıb. Qısa müddət sonra o, 911-ə zəng edib. Hadisə yerinə gələn iki məmur Pelosi ilə DePeypin çəkiclə güləşdiyini görüb. O, çəkici Pelosinin başına vurub.
Paul Pelosi hücumdan sonra xəstəxanaya yerləşdirilib. Polis bildirib ki, o, başından və bədənindən küt travma alıb və əməliyyat olunub.
Xuraman Etibarlı,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır