"Mənə İcraiyyə Komitəsi ilə bağlı suallar verməyin" - Qurban Qurbanov

"Qarabağ" Azərbaycan Premyer Liqasının 29-cu turunda öz meydanında "Zirə"yə 1:0 hesabı ilə qalib gəlib.
KONKRET.az"Qafqazinfo"ya istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– "Futbolçularımı təbrik edirəm. Çox gərgin oyun oldu. Sonda yorulmuşdular, çox əziyyət çəkdilər. Rəşad Sadıqovu təbrik edirəm. Daha da mübariz komanda formalaşdırıb. Bizə çox da imkan verilmədi oynamağa. Daha düzgün və ağıllı müdafiə qurulmuşdu, düşünülmüş hücumlar var idi. Onlara uğurlar arzu edirəm. Azarkeşlərimizə də təşəkkür edirəm".
– Benzianın hazırkı oyunundan nə dərəcədə razısız?
– "Onun o mövqedə oynamasından razıyam. Meydandakı düşüncəsi, oyunu idarə etməsi, oyunu oxuması çox razıyam. Sadəcə bu gün daha yorğun idi. Top itkiləri çox oldu. Tək onda yox, digərlərində də var idi. Benziadan ümumən razıyam".
– Kadinin zədəsi ciddidir?
– "Özü çıxdı kənara, oynaya bilmədi. Böyük ehtimalla ciddi olmaz. Amma ayağında şiş var. Qarşıdakı günlərdə vəziyyəti bilinəcək".
– Ölkə kubokunun yarımfinal mərhələsini əcnəbi hakimlərin idarə etməsini dəstəkləyirsiz?
– "Xeyr".
– "Araz-Naxçıvan"la görüşdə planşeti sındırsanız da, AFFA İntizam Komitəsi sizi cəzalandırmadı. Sizcə, nüfuzunuzda çəkindikləri üçün sizi cəzalandırmadılar?
– "Niyə cəzalandırsınlar? Hakimin üzünə etiraz etmədim, meydana da girmədim. Sadəcə ümumi epizoda dərindən baxsaq, tək hakimə əsəbiləşməli bir şey yox idi. Öz oyunçumuza da əsəbiləşirdim. Kənarda oturası deyilik ki. Öz planşetimdi. Versələr də, problem yoxdur. Əgər haqlıdırlarsa, problem yoxdur".
– AFFA İcraiyyə Komitəsində fəaliyyətinizin bir ili tamam oldu. Sizcə, geridə qalan bir ildə Azərbaycan futboluna nə qədər fayda verə bildiz?
– "Bir ilə nəsə etmək elə də asan deyil. Sadəcə ümumi gedişat necə olur, gələcəyə necə baxılır, orada olan müzakirələri nəzər alsaq, gələcək üçün xeyli işlər nəzərdə tutulub. Bir neçə ildən sonra bəhrəsini verəcək".
– AFFA İcraiyyə komitəsi son toplanışında aşağı yaş qruplarından ibarət yığma komandalarımızda uğursuz məşqçiləri vəzifəsində saxladı. Sizcə, səhv qərar deyil?
– "Mənə İcraiyyə Komitəsi ilə bağlı suallar verməyin. Orada nə müzakirə olunursa, mediyaya ətraflı məlumat verilir. Lazım olanda orada fikir bildirirəm. Belə açıqlama veriləsi sual deyil. Üzrlü hesab edin. Bəzən elə fikirlər görürsən ki, qarışıqlıq yaradır".
– "Zirə"dən 15 xal öndəsiz. Erkən çempion da ola bilərsiz. Bu barədə fikriniz necədir?
– "15 xal ciddi rəqəmdir. Bundan qabaq deyəsən 12 xal idi. Hiss olunur ki, futbolçularda arxayınçılıq var. Niyə üzərilərinə çox getmirəm? Neçə illərdir gərgin sezon keçiririk. Futbolçularda fiziki, psixoloji yorğunluq olur. Hətta futboldan sanki doyublar. O qədər yorğun olurlar. Bəzən belə oyunlarda sanki oynaması mənim gələcək planlarım üçün daha faydalı olur. İlboyu bunlardan nə qədər tələb etmək olar? Ciddi olmalıyıq, qalib gəlməliyik. 3-5 il o bazanı yığıb-saxlayır. Sonra tükənir. Futbolçularda indi o haldır. Özümü məşqçi olaraq çalışıram ki, toparlayım. Mənim də yorğun vaxtlarım olur. Oyunlara hazır olduğum vaxtlar olur. Vəziyyətin belə olması futbolçularıma da böyük faydası olacaq. Biri daha rahat çıxırlar meydana. Biz bütün oyunlara qələbə üçün çıxacağıq. O qələbə ruhunu qorumaq istəyirik".
– ÇL-ə 1-ci turdan başlamaq sizin üçün sərfəlidir, yoxsa 2-ci mərhələdən?
– "Bizə sərf edən minimum 3-cü mərhələdir (gülür). Ən azından AL-i təmin etmiş olardıq. Çempionatımız btir. Kubokun finalı çıxacağıq ya yox, görəcəyik. İstirahət vaxtımız uzanacaq. Milli komanda da . Birinci mərhələdən başlamaq bizə çox böyük zərbə olardı. İstəyirdim ki, 2-ci turdan başlayaq".
– Azarkeşlərə iki kuboku söz verirsiz?
– "Nə qədər demişəm ki, istəmirəm ikisini qazanım? Azarkeşlər məndən bunu tələb etmirlər. Onlar bilirlər ki, uğurlar istəyirəm. Futbol elədir ki, tələb çox da düzgün yanaşma deyil. Hamı titul qazanmaq istəyir. Bir-birimizi  dayaq olmalıyıq, uğurda da, uğursuzluqda da".

İdman       Tarix: 07 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

Cüdoçumuz dünya üçüncüsü oldu

Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında üçüncülük görüşünə çıxıb. xəbər verir ki, o, bürünc medal uğrunda qazaxıstanlı Abilayxan Zubanazar ilə qarşılaşıb. İdmançımız görüşdə ipponla qalib gələrə

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

"Baş məşqçi sözünü tutmadı, layiq olmadığım aqressivlik gördüm"

Portuqaliya millisinin və "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo milli komandadakı son hadisələrlə bağlı geniş açıqlama yayıb. KONKRET.azxəbər verir ki, ulduz futbolçu sosial şəbəkə hesabında paylaşım edərək millini

Jesusdan Ronaldoya 3 cümlə ilə cavab

Portuqaliya millisinin baş məşqçisi Jorje Jesus komandanın ulduz futbolçusu Kristiano Ronaldonun qalmaqallı bəyanatına münasibət bildirib. -a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis hücumçunun açıqlamasına olduqc

Əfsanəvi ispan 40 yaşında futbola qayıtdı

Keçmiş dünya və Avropa çempionu "Şatin" klubu ilə qısamüddətli müqavilə imzalayaraq Honkonqa gedib. İspaniya millisinin keçmiş yarımmüdafiəçisi David Silva peşəkar futbola qayıtmaq və karyerasını davam etdirmə

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni


yeni xeberler son xeberler azerbaycan xeberleri butun xeberler sou xeberler bugun qarabag cəbhədən son xəbərlər 2026