Məni parka göndərib, əxlaqsızlıq edirdi...' - 15 yaşlı oğlan bacısını niyə öldürüb?

Məni parka göndərib, əxlaqsızlıq edirdi...' - 15 yaşlı oğlan bacısını niyə öldürüb?Ötən il Qax şəhərində 2005-ci il təvəllüdlü bacısı Albina Papiaşvilini öldürən 15 yaşlı Jora Papiaşviliyə hökm oxunub.
azxeber.com qaynarinfo-ya istinadən bildirir ki, məhkəmənin qərarı ilə Jora Papiaşvili Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 7 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Jora bildirib ki, atası Alioşa Papiaşvili 2016-cı ildə vəfat edib. 2017-ci ildə anası qeyri-rəsmi nikaha daxil olub. Qətlə yetirdiyi bacısı özündən 2 yaş böyük olub.
Anası Züleyxa ilə aralarında yaranmış mübahisə nəticəsində onları 2020-ci ilin may ayında evdən qovub və hər ikisi nənəsinin evində qalıblar. 2022-ci ilin yanvar ayından bacısı Albina ilə Qax şəhərinə gələrək "Mehdinin dönərxanası" adlı yerin yaxınlığında ev tutub kirayədə yaşmağa başlayıblar. Bəzən də Albinanın rəfiqəsi də onlarla qalıb. Həmin vaxt Albina Qax şəhəri, İmam Mustafayev küçəsində yerləşən "Şirin həyat" restoranında ofisiant işləyib, orada Ramazan Qaçayev (şərti) ad-soyadlı şəxslə sevgi münasibətləri olub. Ramazan Qaçayev hər gün onlara gəlib-gedirmiş.
Ramazan gələn kimi bacısı Albina Joranı parka göndərirmiş və ona zəng edəndə evə qayıtmasını tapşırırmış. O, bundan qəzəblənərək yenidən nənəsinin evinə qayıdıb.
2022-ci ilin sentyabr ayında Albina ilə şəhərin başqa bir ünvanında yerləşən həyət evini 100 manata kirayə tutub. Həmin evdə Albina ilə sonuncunun rəfiqəsi yaşayır, artıq başqa kişilərlə də danışıb-görüşürmüş.
Jora Albinanın pozğun həyat şəraiti keçirdiyinə qərar verərək, onu öldürmək qərarına gəlib. Bu məqsədlə bacısının yaşadığı evə gedərək onun yatmağını gözləyib. Albina 13:30-da telefonla danışığını qurtardıqdan sonra telefonunu yanına qoyub mürgüləməyə başlayıb. Yarım saat sonra, yəni saat 14.00 radələrində Albinanın yatdığını görüb, mətbəxə keçərək stolun üzərində olan bıçağı götürüb. Albinanın üzərində olan yorğanı çəkərək mərhumun sol çiyin nahiyəsinə və belinə bir neçə, təxminən 6-7 zərbə vurub. Bıçaq zərbəsini vurduqdan 3-4 dəqiqə sonra Albinanın artıq nəfəs almadığını və öldüyünü hiss edib.
Jora törətdiyi hadisədən sonra heç nə olmamış kimi Qax şəhər avtovağzalına yollanıb və Qax-Üzümlü marşrutuna minərək, Xələftala kəndinə - nənəsinin evinə gedib. Nənəsi Bayramxatın Əhmədova onun hansı səbəbdən gəldiyini soruşduqda, Albinanın Ayşənlə qalacağını bildirib.
Daha sonra Jora nənəsi ilə bacısının yaşadığı evə qayıdıblar. Nənəsi mənzilə daxil olan zaman Albinanın meyitini aşkar edib. Qadın qışqır-bağır salıb, bundan sonra əmisi Mişa təcili yardım xidmətinə və polisə zəng edərək məlumat verib. Əvvəlcə bacısını öldürməsini boynuna almayan Jora daha sonra törətdiyi cinayət əməlini etiraf edib.

Sosial       Tarix: 19 aprel 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler azerbaycan ən son xeberler qurban bayrami 2026 bugunun xeberleri