Mənzillər niyə bahalaşır?
Təhlillər göstərir ki, Azərbaycanda daşınmaz əmlak bazarı böyük ölçüdə yeni tikililərdən, yəni ilkin mənzil bazarından asılıdır. Bu həm torpaq bazarına, həm də təkrar mənzil bazarına ciddi təsiri ilə müşahidə olunan və əhəmiyyətli bir prosesdir. Sadə dildə ifadə etsək, təkrar mənzil bazarının mövcud iştirakçıları ilkin mənzil bazarının potensial alıcılarıdır.
KONKRET.az xəbər verir ki, bunu əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
O bildirib ki, eyni zamanda nəzərə almaq lazımdır ki, 2019-cu ildən indiyə qədər Azərbaycanda tikinti sektorunda aparılan islahatlar və qəbul olunan qərarlar topraq sahələrinin tikintinin ümumi xərc portfelindəki payını əhəmiyyətli dərəcədə artırır.
"Əvvələr bu pay maksimum 3-5% ölçülürdüsə, bəzən bu pay 20-30%, bəzən 50%, hətta daha yuxarı ölçü ilə müşahidə olunur. Bu onu deməyə əsas verir ki, Azərbaycanın daşınmaz əmlak bazarında nə qədər ki, ilkin mənzil bazarı bir alət olaraq, hətta əhəmiyyətli bir alət olaraq dövriyə vəsaitlərindən, rəqabətdən və bu kimi iqtisadi tendensiyalardan kənar olacaq, daha çox mövcud kapitalın yerləşdirilməsi, çirkli pulların yuyulması və s. istiqamətlərdə sahibkarların, investorların şəxsi alətinə çevriləcək, o cümlədən burada qiymət siyasətində daha çox havadan götürülmə qiymətlər əsas olacaq, bu proses belə də davam edəcək və heç vaxt biz azalması müşahidə edə bilməyəcəyik.
Çünki yeni tikililər sahəsində fəaliyyət göstərən sahibkarların əksəriyyətinin kifayət qədər kənar maliyyə resursları mövcuddur, onlar dövriyyə vəsaitlərindən asılı deyillər və ona görə də onlar heç bir halda qiymət azalmasına getmirlər. Onlar qiymət azalmasına getmədikcə, biz daşənmaz əmlak bazarında qiymət azalması müşahidə etməyəcəyik", – deyə o əlavə edib./Trend

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi