Məqsəd işaxtaran və ya işsiz şəxslərə qısa müddət ərzində ixtisaslı kadrların hazırlanmasıdır

Məqsəd işaxtaran və ya işsiz şəxslərə qısa müddət ərzində ixtisaslı kadrların hazırlanmasıdırƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran vətəndaşların məşğulluq məsələlərinin həlli ilə yanaşı, sosial tərəfdaşlarımız olan işəgötürənlərə dəstək məqsədli proqram və layihələr icra olunur. Agentliyin 24 fəaliyyət istiqaməti mövcuddur. Bu istiqamətlərin mühüm bir hissəsi məhz işəgötürənlərin fəaliyyətini dəstəkləməyə, onları uyğun kadrlarla təmin etməyə və dövlət və sahibkarlar arasında əməkdaşlığın inkişafı, qarşılıqlı inam mühitinin yaradılmasına nail olmaqdır.
Dövlət Məşğulluq Agentliyinin işəgötürənlərə dəstək məqsədli hansı fəaliyyət istiqamətləri mövcuddur?
Vakansiya bankı – Vakansiya bankı işəgötürənin boş olan və işçi tələb edilən iş yerləri üzrə kadr ehtiyaclarının təmin edilməsinə yönəlmiş xidmət formasıdır. Bu fəaliyyət istiqaməti vasitəsilə Agentlik tərəfindən işəgötürənlərin tələblərinə uyğun kadrların tapılması və vakansiya üzrə yönləndirilməsi təmin edilir.
Peşə hazırlığı – Agentlik tərəfindən mühüm bir yenilik olaraq peşə hazırlığı məhz işəgötürənlərlə əməkdaşlıq çərçivəsində adambaşına maliyyələşmə mexanizmi əsasında həyata keçirilir. Məqsəd işaxtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə qısa müddət ərzində əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasıdır.
Əməkhaqqının maliyyələşdirilməsi – Bu fəaliyyət istiqaməti həm işsiz və işaxtaran şəxslərin məşğulluğunu təmin etmək, həm də işəgötürənlərə dəstək olmaq məqsədi daşıyır. Bu proqram əsasında işlə təmin edilən şəxslərin 2 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.
Əmək yarmarkaları – Bu xidmət işsiz və işaxtaran şəxsləri işəgötürənlərlə bir araya gətirmək, onların düzgün kadr seçimi aparmasına şərait yaratmaq məqsədilə həyata keçirilən aktiv məşğulluq tədbiridir. Yarmarkalar işəgötürənlərlə birgə təşkil edilir və onlara öz xidmət və layihələrini, vakansiyalarını təqdim etməyə şərait yaradılır.
Sosial tərəfdaşlarla iş – Agentlik fəaliyyət istiqamətləri çərçivəsində işəgötürənlərlə faydalı əməkdaşlıqların qurulması, işəgötürənlərin Agentliyin sahibkarlara dəstək istiqamətli layihələrindən faydalanması, fəaliyyət istiqamətləri daxilində işəgötürənlərin maarfiləndirilməsi ilə bağlı faəliyyət göstərir.
Bundan başqa, Agentlik tərəfindən sahibkarlarla birgə layihələr həyata keçirilir, onların dövlət tərəfindən həyata keçirilən proqram və layihələrdə iştirakına imkan yaradılır. Agentlik tərəfindən əmək münasibətlərinin tənzimlənməsi və məşğulluğun təmin edilməsi proseslərində işəgötürənlər və işçilərin, işsiz və işaxtaranların vahid elektron platformada cəmləşməsini təmin edən elektron platforma - "Əmək və məşğulluq" altsistemi yaradılıb. ƏMAS ölkədaxili bütün işəgötürənlər, işə qəbul olanlar, mərkəzi  və yerli icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər üçün vahid əmək münasibətləri platforması rolunu oynayır. İşəgötürənlər üçün sistemin əsas üstünlüyü altsistem vasitəsilə işçi ilə rəsmi münasibətlər və sənədləşmələrin kağız daşıyıcılarından elektron formaya keçməsidir.
İşəgötürənlər Dövlət Məşğulluq Agentliyin fəaliyyət istiqamətləri, layihə və proqramlarından yararlanmağa, birgə əməkdaşlıqda aktiv olmağa dəvət edirik.
İşəgötürənlərə dəstək göstərir, işsizlərə iş imkanı yaradırıq. / azxeber.com

Sosial       Tarix: 11 oktyabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən video axsam az xeberler son xeber meherremlik 2026