Mərkəzi Bankda 'Manato' üzrə daxil olan şikayətlər araşdırılır

Mərkəzi Bankda 'Manato' üzrə daxil olan şikayətlər araşdırılırSon illər Azərbaycanda onlayn kredit xidmətlərindən istifadə edən vətəndaşların sayı artdıqca, bu sahə ilə bağlı şikayət və narazılıqlar da gündəmə gəlir. Belə ki, bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyəti, o cümlədən gündəlik (qısamüddətli) kredit məhsulları ilə bağlı müraciətlər daha çox daxil olur.
Son dövrlər "SF Azerbaijan" BOKT MMC-yə məxsus olan "manato.az" kredit platforması ilə bağlı yayılan narazılıqları araşdırıb.
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) Mətbuat katibi Namiq Əliyev Yurd.Media-nın sorğusuna cavab olaraq bildirib ki, hazırda Mərkəzi Bank banklar üzrə şikayət indeksini ictimaiyyətə açıqlayır və növbəti mərhələdə bank olmayan kredit təşkilatları üzrə də analoji indeksin təqdim edilməsi nəzərdə tutulur.
Gündəlik kreditlər üçün ciddi məhdudiyyətlər tətbiq olunur
Mərkəzi Bankdan bildirilib ki, son dövrlərdə qəbul edilmiş normativ hüquqi aktlarla gündəlik kreditlərin verilməsi qaydaları daha ciddi şəkildə tənzimlənib.
Belə ki, "Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası" və "Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası" qüvvəyə minib.
Qaydalara əsasən:
* gündəlik kreditin məbləği maksimum 500 manat ola bilər;
* kreditin müddəti 45 gündən artıq olmamalıdır;
* gündəlik faiz dərəcəsi maksimum 0,3 faiz müəyyən edilib;
* kredit yalnız milli valyutada verilə bilər;
* bu növ kreditlərin restrukturizasiyası qadağandır;
* kredit üzrə bütün ödənişlərin ümumi məbləği əsas borcun 100 faizindən artıq ola bilməz.
Qurum vurğulayıb ki, bu tələblər vətəndaşların həddindən artıq borclanmasının qarşısını almaq və istehlakçı hüquqlarını qorumaq məqsədi daşıyır.
"Manato" lisenziyalı fəaliyyət göstərir
Mərkəzi Bankın açıqlamasında qeyd olunub ki, Azərbaycanda kredit fəaliyyəti yalnız müvafiq lisenziya əsasında həyata keçirilə bilər.
Banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları "Banklar haqqında", "Bank olmayan kredit təşkilatları haqqında" və "Kredit ittifaqları haqqında" qanunlara uyğun olaraq lisenziyalaşdırılır.
Mərkəzi Bankın məlumatına görə, "manato.az" kredit məhsulu "SF Azerbaijan" BOKT MMC-yə məxsusdur və həmin təşkilata Mərkəzi Bank tərəfindən BKT-44 saylı lisenziya verilib.
Kredit gecikərsə nə baş verir?
AMB kredit ödənişlərinin gecikdirilməsi hallarında tətbiq edilən prosedurlara da aydınlıq gətirib.
Mərkəzi Bankın açıqlamasına görə, qanunvericilik kredit təşkilatlarına müəyyən hüquqlar verir. Belə ki, borcalan kredit öhdəliyini uzun müddət yerinə yetirmədikdə, kredit təşkilatı borcun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər.
Eyni zamanda:
* gecikdirilmiş günlər üçün faiz hesablanması mümkündür;
* müqavilədə nəzərdə tutulubsa cərimə və ya penya tətbiq edilə bilər;
* gecikmə məlumatları Azərbaycan Kredit Bürosuna və Mərkəzləşdirilmiş Kredit Reyestrinə ötürülə bilər;
* təminatlı kreditlər üzrə təminatın realizəsi tələb oluna bilər;
* kredit təşkilatı məhkəməyə müraciət edə bilər.
* ⁠Mərkəzi Bank vurğulayıb ki, bütün bu tədbirlər yalnız qanunvericilik və kredit müqaviləsinin şərtləri çərçivəsində həyata keçirilə bilər.
* ⁠Borclunun yaxınlarına zəng etmək qanun pozuntusu sayıla bilər
Açıqlamada ən çox müzakirə olunan məsələlərdən biri – borcluların yaxınlarına edilən zənglərə də münasibət bildirilib.
Mərkəzi Bank qeyd edib ki, müştərinin kredit məlumatlarının onun razılığı olmadan üçüncü şəxslərə açıqlanması bir sıra qanunların pozulmasına səbəb ola bilər.
Bildirilib ki, "Bank olmayan kredit təşkilatları haqqında", "Kommersiya sirri haqqında" və "Fərdi məlumatlar haqqında" qanunların tələblərinə əsasən, vətəndaşın şəxsi məlumatlarının üçüncü şəxslərə verilməsi yalnız onun yazılı razılığı əsasında mümkündür.
Əgər belə razılıq yoxdursa, borclunun kredit öhdəlikləri barədə yaxınlarına və ya digər şəxslərə məlumat verilməsi qanunsuz hesab oluna bilər.
Qurumun açıqlamasında vurğulanır ki, fərdi məlumatları və ya kommersiya sirri təşkil edən məlumatları qanunsuz yayan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Vətəndaşlar hara müraciət edə bilər?
Mərkəzi Bank psixoloji təzyiq, təhdid və ya digər qanunsuz davranışlarla üzləşən vətəndaşlara müraciət yollarını da açıqlayıb.
Qurumun məlumatına görə, belə hallarda vətəndaşlar:
* hüquq-mühafizə orqanlarına,
* məhkəmələrə,
* eləcə də nəzarət orqanı kimi Mərkəzi Banka müraciət edə bilərlər.
Bu müraciətlər vasitəsilə pozulmuş hüquqların bərpası, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, həmçinin qanun pozuntusuna yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması mümkündür.
Pozuntular aşkar edilərsə tədbir görülür
Namiq Əliyev bildirib ki, Mərkəzi Bank maliyyə bazarında istehlakçı hüquqlarının qorunmasını əsas prioritetlərdən biri hesab edir.
Onun sözlərinə görə, aparılan nəzarət tədbirləri nəticəsində müxtəlif dövrlərdə bəzi bank olmayan kredit təşkilatlarında qanun pozuntuları aşkar olunub və həmin təşkilatlar, eləcə də onların inzibatçıları qanunvericiliyə uyğun qaydada cərimələniblər.
Qurum qeyd edib ki, istehlakçı hüquqlarının pozulması və ya belə hallara şərait yaradan çatışmazlıqlar müəyyən edildikdə, nəzarət subyektlərinə icrası məcburi olan göstərişlər verilir.
Mərkəzi Bank sonda vurğulayıb ki, bank olmayan kredit təşkilatlarının, o cümlədən gündəlik kredit verən platformaların fəaliyyəti daimi nəzarətdə saxlanılır və qanunvericiliyin tələblərindən kənara çıxan hallarla bağlı zəruri tədbirlər görülür.
Qeyd edək ki, Yurd Media-ya müraciət edən vətəndaşlardan biri kredit ödənişində gecikmə yarandıqdan sonra "Manato" əməkdaşları tərəfindən valideyninə zəng edildiyini iddia edib. Vətəndaşın sözlərinə görə, zəng zamanı onun kredit öhdəliyi barədə məlumat verilib.
Məsələ ilə bağlı Mərkəzi Bankın mövqeyində bildirilir ki, müştərinin krediti haqqında məlumatın onun yazılı razılığı olmadan yaxınlarına və ya digər üçüncü şəxslərə verilməsi "Bank olmayan kredit təşkilatları haqqında", "Kommersiya sirri haqqında" və "Fərdi məlumatlar haqqında" qanunların tələblərinin pozulmasına səbəb ola bilər.
Mərkəzi Bank vurğulayır ki, fərdi məlumatların üçüncü şəxslərə ötürülməsi yalnız müştərinin yazılı razılığı əsasında mümkündür. Əks halda, bu məlumatların açıqlanması qanunsuz hesab oluna bilər.
///Yurd.Media / azxeber.com

İqtisadiyyat       Tarix: 06 iyun 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbərlər son xabar cebheden xeber en yeni xeberler