Məscidin imamı səcdədə BIÇAQLANDI
ABŞ-da məscidin imamı namaz əsnasında bıçaqlanıb.
KONKRET.az xarici mediaya istinadla bildirir ki, hadisə ABŞ-ın Nyu-Cersi ştatındakı Ömər məscidində qeydə alınıb. İmam 65 yaşlı Seyid Əl-Nakib namaz qılan zaman bıçaqla hücuma məruz qalıb. Camaatın arasında gizlənən 32 yaşlı Şerif Zorba tərəfindən səcdədə olarkən bıçaqlanan imam Seynt-Josef Xəstəxanasına yerləşdirilib.
Məscidin təhlükəsizlik kamerasına əks olunan görüntülərdə təcavüzkarın səcdə halında camaatın üzərindən tullandığı, bıçağı ilə imamın kürəyinə zərbələr vurduğu və ona mane olmaq istəyənləri hədələdiyi əks olunub. Hücum edən şəxs məsciddən qaçmaq istəyərkən camaat tərəfindən tutularaq polisə təhvil verilib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.//Lent.az
Xidmetler [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu