Məscidlərdə vakant vəzifələrin tutulması ilə bağlı müsahibədən 110 namizəd keçə bilməyib
İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün keçirilən növbəti müsahibə mərhələsi başa çatıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) azxeber.com-a verilən məlumata görə,13 dekabr -13 yanvar tarixlərində elan edilən müsahibəyə 7 vakant yer üzrə 185 namizədin müraciəti qeydə alınıb.
27 iyun-06 iyul tarixlərində baş tutan müsahibədə 171 nəfər iştirak edib. Qadın dini ayinlərinin icraçısı vəzifəsi üçün 1 vakant yer üzrə imtahanda iştirak edən 54 namizəddən 17-i, 6 imam və imam müavini vakansiyası üzrə isə 117 nəfərdən 44-ü müsahibədə uğur qazanıb. Ümumilikdə 110 namizəd keçid balını toplaya bilməyib.
Qeyd edək ki, DQİDK-nın ilahiyyatçı mütəxəssislərdən təşkil etdiyi Müsahibə komissiyası tərəfindən seçimləri aparılan müsahibənin nəticələri keçirildiyi gün Komitənin rəsmi internet saytında (scara.gov.az) elan edilib. Uğur qazanmış namizədlər təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü müddətində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrə təyin olunacaq.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir