Məşhur aktrisa qeyri-adi doğum etdi: Görüntüləri hər kəslə paylaşdı
2008-ci ildə "Miss Türkiyə" seçilən model və aktrisa Leyla Lidiya Tuğutlu 2017-ci ildən eşq yaşadığı sevgilisi aktrisa Ceyhun Erginlə 20 iyul 2022-ci ildə Almaniyada ailə həyatı qurub.
azxeber.com xarici mediaya istinadən xəbər verir ki, yanvarın 18-də oğullarına qovuşan cütlük ilk dəfə ana və ata olmaq sevincini yaşayıb.
Uşağına Evren Deniz adını qoyan aktrisa doğuş zamanı dərmansız və müdaxiləsiz oğluna qovuşduğunu açıqlayıb.
Hələlik həmkarlarından fərqli olaraq körpəsinin üzünü göstərməyə üstünlük verməyən Tuğutlu "2023-ün bizə hədiyyəsi" deyərək suda dünyaya gətirdiyi anları dilə gətirib:
"Əvvəlcə oğluma təşəkkür etməliyəm ki, mənə rahat hamiləlik yaşatdı. Sonra həyat yoldaşıma verdiyi dəstəyə görə minnətdaram. Mediada doğuşla bağlı yanlış məlumatlar da eşidirik. Mental olaraq bu prosesdə mənim üçün ən yaxşısı hipnobirthing termini ilə tanış olmaq idi. Bütün qadınların təbiətində olan bədənlərinə və körpəsinə tam olaraq güvəndiklərini özünüzə xatırladın. Digər bir məsələ də bu müddət ərzində mənim üçün ən yaxşı doğum üsulunu və həkimi tapmaq idi. Tanış olduğumuz gündən doğru insanlar mənə çox rahatlıq verdi" - deyə məşhur model açıqlama verib.
Qeyd edək ki, aktrisa və yeni doğulan körpənin həyati təhlükəsi yoxdur.
Gülay
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi