Məşhur aranjimançı: "Toylarda üç universitet bitirmiş kimi oldum" - MÜSAHİBƏ + FOTO

Məşhur aranjimançı: Məşhur aranjimançı: "Toylarda üç universitet bitirmiş kimi oldum" - MÜSAHİBƏ + FOTO
"İnsanın ümidini özünə qaytaran bir əsər", "Dinlədikcə içimdə nəyəsə ümidin olduğunu hiss edirəm", "Mental olaraq çökdüyüm zaman ilk dinlədiyim musiqidir, hər zaman məni yenidən canlandırır"... Bunlar onun "Ümid rəqsi" kompozisiyasına "Youtube"da yazılan rəylərdən sadəcə bir neçəsidir. Bəli, o, musiqisi ilə insanlara ümid verməyi bacarıb. Bundan öncə "Səs" ilə insanların qəlbinə toxunmuşdu. Söhbət bəstəkar Tərlan Məmmədhüseynovdan gedir. Hər iki bəstənin rəy bölməsində bu tipli musiqilərin davamlı olması istənilir. Niyə sevənlərini intizarda saxlayır?
T.Məmmədhüseynov bu barədə "Kaspi" qəzetinə müsahibəsinə danışıb.
Qeyd edək ki, T.Məmmədhüseynov müğənnilər üçün mahnılar bəstələyir, aranjiman edir. Aygün Kazımova ("Lya lya fa", "Gecə yarı"), Röya ("Toxun mənə", "Sevgiyə bax"), Günay İbrahimli ("Sənə bağlanıram", "Sevgindən dəli oluram"), Elçin Cəfərov ("Səndən əl çəkirəm", "Mənə onu çağırın gəlsin"), Gülay ("Doya-doya"), Yaşar ("Bilməzdim") və digər məşhur müğənnilər üçün mahnılar bəstələyib. Eyni zamanda "Zəhər tuluğu" filminin, "Bacanaqlar", "Üç bacı", "Bozbash pictures" kimi serialların musiqi müəllifidir.
- Tərlan bəy, musiqiçi ailəsində böyümüsünüz. Mühit sizi musiqiyə necə gətirdi?
- Mühit deməzdim, ailəm məni bu sənətə gətirib. Gözümü açandan evdə musiqi səsləri eşitmişəm. 
- Məktəb vaxtı toylara da getmisiniz. Ara-sıra gedirdiniz, ya davamlı olaraq?
- Bəli, məktəbli olduğum vaxtlarda yeddi il davamlı olaraq toylara getmişəm.
Məşhur aranjimançı: - Nə yaxşı toy sektorunda davam etmədiniz?
- Çünki marağım daha çox studiyaya, aranjiman etməyə, mahnı yazmağa idi. Ona görə məktəbi bitirəndən sonra toylara getmədim.
- Yeddi illik bir toy musiqiçisi təcrübəniz sizə nə öyrətdi?
- Çox şey öyrətmişdi. Toylarda üç universitet bitirmiş kimi oldum. Universitetdə bizim qrupda toydan gələn bircə mən idim. Musiqi texnikumlarından gələnlər var idi. Onların hamısından güclü idim. Hər gün toya getdiyim üçün gün ərzində 6-7 saat musiqi ilə məşğul olmuşam. Həm də bizim kənddəki toylar başqa idi. Müğənni toyda oxuduğu yerdə musiqini yaxşı bilən ağsaqqallar var idi, mahnını saxlatdırırdılar, deyirdilər ki, filan şöbəni düz oxumadın. Ən böyük imtahanı həmin toylarda vermişik. Toya getmədiyim günlərdə də səkkiz saat evdə məşq etmişəm.
- Bəstəkarlıq üzrə təhsil aldınız?
- Bəstəkarlıq üzrə fərdi dərs almışam. Ali təhsilim isə musiqi müəllimliyi üzrədir. Atam, anam, qardaşlarım müəllimdirlər. Mənə də dedilər, istəmədim. Çünki müəllimliyə xas xüsusiyyətləri özümdə görmürdüm. Dedilər ki, Mədəniyyət və İncəsənət Universitetində müəllimlik olmayan ixtisaslar yazırıq. İmtahan verdim, ödənişsiz qəbul oldum. Gəlib baxıram ki, Pedaqoji Universitetin musiqi müəllimliyini yazıblar. Bir həftə özümə gələ bilmədim. İndi isə "Nə yaxşı ki, belə olub" deyirəm.
- Fikrinizi dəyişdirən nə oldu?
- Universitetdə Sənan adlı dostum var idi. Dedi ki, "Şeron" qrupuna düzəlmişəm, sən də musiqini, aranjimanı bilirsən, gedək Rüstəmlə tanış ol. Studiyada da işləyə bilərsən. Belə-belə başladım. İnsanın yolunu Allah açmalıdır. Mənim də yolumu belə açdı.
Məşhur aranjimançı: - İlk bəstələriniz yadınızdadır?
- Ümumiyyətlə, bütün mahnılarımı necə yazmağım, hansı hisslər altında ərsəyə gətirməyim yadımdadır. 2-3 mahnı var ki, onları necə yazmışam, xəbərim olmayıb. Dostlar dedilər ki, mahnı yaz. Oturdum yazdım, çıxdım getdim. Kefim də yox idi. Sonra gəlib qulaq asdım, gördüm doğrudan da yaxşı mahnı alınıb.
- Yəni hər mahnının öz tarixçəsi var?
- Söz yazarı Azər Şirin həmişə deyirdi ki, mənə vəhy, siqnal gəlməsə, nədənsə ilhamlanmasam, şeir yaza bilmirəm. Deyirdim ki, ilham nədir, otur yaz. Mən istəyəndə, oturub musiqi yazırdım. İllər keçdikcə özüm də dərk etdim ki, anında yazma mənim texniki bacarıqlarımdır. Həqiqətən də insana o ilham gəlməlidir. Özüm də bilmədən nədənsə ilhamlanıram, təsirlənib yazıram. Bu səbəbdən hər musiqinin bir tarixçəsi var. Piano arxasında nə isə yazanda gözümün önündə xəyali olaraq bir tablo canlanmalıdır.
- "Ümid rəqsi" kompozisiyanıza "Youtube"da yazılan rəyləri oxudum. Hər kəs fərqli hisslər altında bunu dinlədiyini və musiqinin ona ümid verdiyini yazıb. Bəs siz hansı hisslər altında bu musiqini yazmısınız?
- Mən uşaq vaxtından bu yana kefim yaxşı olmayanda, mütləq mahnıya qulaq asmışam. Dinlədiyim mahnılar mənə enerji verib. Fikirləşdim ki, neçə illərdir başqalarının yazdığı mahnılara qulaq asıb motivasiya almışam. Qoy mən də elə bir musiqi yazım ki, onu dinləyən insanın içindəki ümid oyansın. Məndə belə xüsusiyyət var, istənilən adamın ab-havasına düşə, narahatlıqlarını hiss edib onu pianoya ötürə bilirəm. Ümid istəyən insanların əhvalını hiss etmişəm, onların hisslərini xəyalımda canlandırıb musiqiyə köçürməyə çalışmışam.
Məşhur aranjimançı: - Rəydə bir qrup isə bu tip mahnıların davamı gəlsin deyir. "Ümid rəqsi" 2018-ci ildə təqdim olunub, ondan sonra hələ ki kompozisiya yoxdur.
- "Səs" kompozisiyasını yazandan dörd il, "Ümid rəqsi"ni isə yazdıqdan üç il sonra yayımlamışam. Bilirsiniz, mən bir az başqa cür yaşamağa üstünlük verirəm. İllah ki, bu sənətdə olmalıyam, nəsə etməliyəm - kimi düşünmürəm. Nəyisə təqdim etmək xatirinə işləmirəm. Bəstələri yazmaq üçün gərək rahat olum, fokusumu ora verə bilim. Müğənnilərlə işlədiyim üçün kompozisiya yönüm həmişə arxa planda qalıb. İki işi eyni vaxtda görə bilmirəm. Gərək bir işi bitirim, sonra başqasına fokuslanım. 2021-ci ildə müğənnilərə mahnı yazmağa fasilə verdim, o müddətdə 5-6 bəstə yazdım. Yavaş-yavaş onları təhvil vermək haqqında düşünürəm. 
- Müğənnilərlə işləməyinizə gələk. İlk olaraq "Şeron" qrupu ilə başlamısınız. 
- "Şeron" qrupu üçün yazdığım "Tək sən" mahnısı mənim yazdığım ilk peşəkar mahnı idi. Ondan əvvəlkilər peşəkar olmayıb. Çünki məktəbdə yazdığım mahnılar idi. Davamlı olaraq Elçin Cəfərov üçün yazırdım. Sonra artıq digər sənətçilər də mahnılar istəməyə başladılar. Beləliklə, müğənnilərlə işlərə daha çox yönəldim.
- Bəstəkar kimi müğənnilərlə işləmək necədir?
- Əvvəl çox əla idi. İndi çətinləşib. Əvvəllər mahnı yazırdın, o mahnıya mən də iddialı idim, özlərini o mahnıda tapırdılarsa, həmən üstünə düşüb işləyirdilər. İndi mahnı qalır orada, üstündən uzun zaman keçdikdən sonra müğənni ifa etməyə başlayır. Mən artıq o moddan çıxmış oluram. Müğənnilərlə ən uğurlu işlərim yazılan kimi oxunub təhvil verilən işlərimdir. İndi müğənnilərin 90 faizi nə istədiyini bilmir. 
Məşhur aranjimançı: - Müğənnilərin özləri də son illər mahnı bəstələyirlər. Bu, bəstəkar işinə marağı azaldıb?
- Maraq azaldığını öz təcrübəmdə hiss etmirəm. Bəstəkarlığa iş kimi də baxmıram. Musiqi ruha xidmət edir, mahnı yazmaq da ruhdan gəlməlidir. O da iş ola bilməz. Mən özü mahnı yazan müğənniləri dəstəkləyirəm.
- Müğənnilərin yazdıqları mahnılar necədir?
- Mənə görə pis mahnı yoxdur. Bəlkə də bunu dərk etməyənlər olacaq. Çünki 25 yaşıma qədər mən də dərk etməmişəm. Deyirdim ki, pis mahnı var, bu, xoşuma gəlmir. Bu sənəti öyrənəndə gördüm ki, doğrudan da pis mahnı yox imiş. Bəzən bir mahnını bir sənətçi oxuyur, yaxşı alınmır, başqasında gözəl alınır. Deməli, ifa edəndən də asılıdır. 
- Yazdığınız musiqiləri sonradan dinləyirsiniz?
- Son bir il ərzində dinlədiyim olur. Bunu mənə bir dostum öyrətdi. Mənə elə gəlir ki, insan 30 ildən bir sənətini dəyişməlidir. O mənada ki, dəyişiklik olsun. Sənət dəyişmə ab-havasına arada mən də düşürəm. Sənətimi dəyişmirəm, sadəcə "İnsan nə qədər musiqi ilə məşğul olar?" kimi düşündüyüm olur. O zamanlarda yaxşı musiqilərimi açıb dinləyirəm və sonra özümə deyirəm ki, sənin işin budur (Gülür). Ümumiyyətlə, mahnı studiyadan çıxdısa, onu dinləmirəm. 
- Bir dövr var idi ki, kliplər önəmli idi, bir dövr oldu ki, sözlər, bir dövr musiqilər. Bu gün öndə olan nədir? 
- İndi bir az qarışıq dövrdür. Sözlər indi də öndədir. Əvvəl sözlər öndə deyildi. Deyirdilər ki, nəqarətin sözləri yaddaqalan olsun, bəsdir. Nəqarət əla oldusa, bənddə nə yazsan, gedirdi. İndi mahnının girişi bütün mahnı qədər maraqlı olmalıdır. Bütün dünya prodüserlərinin tələbidir. Yeni mahnı təqdim edilən kimi bir az irəli yığırsan ki, görüm nə demək istəyir? Deməli, ilk 3-5 saniyəsində səni cəlb etməlidir. Mahnının tutmağında nəqarətdən sonra gələn hissənin də üzərinə yük düşür. İnsanları nəqarətdən sonra da mahnıda saxlaya bilməlisən.
Məşhur aranjimançı: - Bəs sizin sözlərə yanaşmanız necədir?
- Sözlə bağlı çox diqqətli adamam. Bir mahnı ərsəyə gələnə qədər 7-8 dəfə sözü dəyişə bilirəm. Hazır şeirə mahnı yazacamsa, bu, lap çətindir. Hər sözə mahnı yaza bilmirəm. Bir dəfə studiyada idik, dostum Ceyhun şeirlər uzatdı, dedi ki, Azad İsayev adında oğlan yazıb. Üçüncü vərəqdə sözlər məni tutdu. Mahnını bir dəfəyə oxuya-oxuya yazdım durdum. Beləliklə, "Sevgiyə bax, dərdə bax" mahnısı yarandı. Söz artıq mənə tablo verdi, çox rahat yazdım. 
- Sənət adamları ilə işləyənə qədər və sonra qazancınız necə dəyişdi?
- Əvvəl də qazancım çox yaxşı idi. 12 yaşımdan rəqs ansamblında musiqiçi kimi işləyirdim deyə, elə o vaxtdan maaş alırdım. 11 yaşımdan toylara getmişəm. Özümü tanıyandan evdən pul almamışam, evə pul vermişəm. Pul qazanırdım, xərcləməyə yerim olmayıb. Kənddə hara xərcləyəsən? Universitet vaxtı studiyada işləmişəm, oradan da çox yaxşı qazanmışam. İndi çox müğənnilərə deyirəm ki, mahnı yazmıram. İlk dedikləri bu olur ki, bəs necə dolanırsan? Deyirəm ki, mən o şeyləri fikirləşmirəm. Öz işimlə məşğul olsam, işimi yaxşı görsəm, pul özü mənə gəlir. 
- Ancaq mahnıları baha qiymətə satırsınız.
- (Gülür) Həmişə mahnını baha satmışam. Dostumdur, Xalq artistidir, amma mahnını öz qiymətinə satmışam. Pulsuz, yaxud çox ucuz vermirəm. Ola bilər ki, yeni başladığım dönəmdə müğənnilərə pul demirdim. Sonradan artıq elə olmadı. Pul söhbəti deyil. Mənim özümə, işimə verdiyim dəyərdir.
- Bir mahnı yazmaq nə qədər vaxtınızı alır?
- Mən mahnı yazmıram, özümü bəstəkar da adlandırmıram. Bu, sanki vergi kimidir. O gəlməsə, yaza bilmirsən. Başladımsa, bitirirəm. 
- Gələcəkdə özünüzü harada görürsünüz?
- Pandemiyadan öncə bir xeyli yoruldum. Biznesə girişdim. Cəhd etməkdən çəkinən, şablon yaşayan adam deyiləm. Uşaq vaxtı özümü toylarda deyil, studiyalarda, müğənnilərlə işləyən kimi görürdüm. Studiyada illərlə işlədim, sanki adiləşdi. 10-15 il sonra özümü studiyada işləyən kimi - aranjimanda görmürəm. Bu, bir mərhələdir. Bir yerdə dayanan kimi elə bilirəm ki, ölmüşəm. Daim özümü inkişaf etdirirəm. Hazırda İsveçdən onlayn kurs alıram.
- Kompozisiyaları daha çox sevirsiniz?
- Ümumiyyətlə, musiqi yazanda çox böyük sevgiylə işləyirəm. Kompozisiyada isə ancaq özüm varam. Müğənni, söz müdaxiləsi yoxdur. 2021-ci ildə ancaq kompozisiyalara yönəlmişdim. Çünki özüm də narahat idim. Allah sənə bir istedad bacarıq veribsə, onun haqqını vermək lazımdır. 
- Yeni kompozisiyalar nə vaxt yayımlanacaq?
- Çox tezliklə "Yelləncək" adlı kompozisiyamı təqdim edəcəm. Şüarı da "Dünya bir yelləncəkdir". Yelləncək üstündə bütün insan ömrünü göstərmək istəyirəm. 
- Bəs konsert?
- Növbəti illərdə konsert vermək istəyirəm. Tayı-bərabəri olmayan bir iş xəyal edirəm. Bilirəm ki, onu edə bilərəm. Əvvəl o gücü özümdə hiss etmirdim, indi hiss edirəm. / oxu.az

Şou Biznes     Baxılıb: 176   Tarix: 14 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Şəhriyarın yeni biznesi - Əsərlərini satır

Aparıcı Şəhriyar Əbilov özünə yeni biznes qurub. xəbər verir ki, aparıcı rəsm əsərləri satırmış. Afaq Gəncəli aparıcısı olduğu verilişdə bu haqda danışarkən bildirib ki, Şəhriyar rəsm əsərləri çəkir və satır. "Son günlə

Dilarə Əliyeva qız analarına səsləndi

Əməkdar artist Dilarə Əliyeva "İncə səhər" verilişində qonaq olub. xəbər verir ki, aktrisa görünüşündəki köklü dəyişiklikdən danışıb. . D.Əliyeva qız analarına səslənib: . "Dəyişmədim, daha güclü versiyam

Hansı haqla mənə soyadıma görə qadağa qoyulur?' - Aytac əsəbiləşdi

"Mənə dedilər ki, sən öz soyadına görə qadağalar siyahısındasan. Deyirlər ki, sənin repertuarın, oxuduğun mahnılar yaxşıdı, amma atanın adı ilə yox, soyadın ilə davam etsən daha yaxşı olar". xəbər verir ki, bu sözlər

Serdar Ortaç Ümrəyə gedəcək

Türk pop musiqisində tanınmış simalarından Serdar Ortaç, Ümrə ziyarətinə getməyə hazırlaşdığını açıqlayıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ortaç müqəddəs torpaqları ziyarət etmək və ibadət etmək istədiyini bildirdi

Xatirə və Mənsum İbrahimov barışdı

Xatirə İslam bu gün "Rəngarəng" verilişində qonaq olub. xəbər verir ki, canlı yayıma telefonla bağlanan Xalq artisti Mənsum İbrahimov və Xatirə İslam uzun zaman sonra barışıblar. Xatirə bildirib ki, muğamı atdığ

Moskva konsertindən 169 milyon qazanacaq

Ani Lorakın Moskvada keçiriləcək şousundan nə qədər qazanc əldə edə biləcəyi məlum olub. xəbər verir ki, sənətçi şousundan satılan biletlərdən 169 milyon rubldan çox (təxminən, 3,6 milyon AZN) gəlir əldə edə bilər. Konser

Qadınım, yazda gün işığım' - Xanımı üçün oxudu

Əməkdar artist Rəşad İlyasov "Qadınım" adlı yeni mahnısını və klipini təqdim edib. . xəbər verir ki, bəstənin müəllifi Ülvi Qurbanov və Əli Qurbanovdur. Ekran işinin rejissorluğunu Fuad Əlişov edib. . R.İlyasovu

Deyirdim o 'şappa-şupa' oxuyanlar rədd olacaq' - İlkin Əhmədov

"Mən çox sevinirəm və ümid edirəm ki, televiziya məkanlarında verilişlərə olan bu yanaşma daha da güclənəcək. Deyirdim o "şappa-şupa" oxuyanlar rədd olacaq. xəbər verir ki, bu sözləri Əməkdar artist İlkin Əhmədo

Kənddən gəlmişəm, bundan utanmıram

Müğənni İlhamə Qasımova açıqlaması ilə diqqət çəkib. . xəbər verir ki, o, verilişdə görünməmə səbəbinə aydılıq gətirib. İlhamə sənəti olmayan ifaçıların daha təmtəraqlı təqdimatından gileylənib:. "Verilişə getmişəm xətrim


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bugun 2026 cəbhədən son xeber cəbhədən son məlumatlar xeber