21 məktəb direktoru işdən çıxarılıb - RƏSMİ

21 məktəb direktoru işdən çıxarılıb - RƏSMİ21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib.
azxeber.com xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir, vətəndaş və valideyn müraciətlərinə xüsusi həssaslıqla yanaşılır.
2025-ci ilin yanvar - iyul ayları ərzində müxtəlif istiqamətlər üzrə ümumilikdə 1137 təhsil müəssisəsində monitorinq həyata keçirilib. Monitorinqlərin nəticələrinə əsasən, ümumi təhsil müəssisələrinin rəhbərləri barəsində 383 halda intizam tənbehi tədbirləri tətbiq edilib, 21 müəssisə rəhbərinin əmək müqaviləsinə isə xitam verilib.
Bununla yanaşı, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə bağlı 189 halda intizam tənbehi tədbirləri tətbiq edilib, 3 müəssisə rəhbərinin əmək müqaviləsinə xitam verilib.
Cari ilin yanvar-iyul ayları ərzində məktəbdənkənar təhsil müəssisələrində aparılan monitorinqlərin nəticələtinə əsasən isə müəssisə rəhbərləri barəsində isə ümumilikdə 20 halda töhmət, xəbərdarlıq və sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi tədbirləri tətbiq olunub.
Qeyd edirik ki, monitorinqlərin keçirilməsində məqsəd təlim-tərbiyə prosesinin, tədris-pedaqoji və metodiki, eləcə də kadrlarla işin təşkilini və maliyyə-təsərrüfat sənədlərini, vəzifə funksiyalarının icra vəziyyətini yoxlamaqdır. Aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Nöqsan aşkar edilən təhsil müəssisələri nəzarətə götürülüb.

Sosial       Tarix: 04 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

Bərdə xəstəxanasında yayılan görüntülər gündəm oldu – TƏBİB-dən açıqlama

Bərdə Rayon Mərkəzi Xəstəxanasında cərrah çatışmazlığı ilə bağlı görüntülər yayılıb. xəbər verir ki, yayılan görüntülərdə xəstəxanaya müraciət edən vətəndaşlar cərrahın olmamasından şikayət ediblər. Onlar bildiriblər ki

Park salınan ərazidə qədim dövrə aid əşyalar tapıldı - FOTOLAR

Cəlilabad rayonunda abadlıq işləri aparılarkən qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb. xəbər verir ki, hadisə rayon ərazisində, "Narbağı" adlanan sahədə park salınması zamanı qeydə alınıb. Belə ki

Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı

Yay aylarında yüksək temperatur, intensiv günəş şüaları və fiziki aktivliyin artması orqanizmin vitamin və mineral ehtiyacını da dəyişir. Mütəxəssislər bildirirlər ki, bu dövrdə düzgün qidalanmaq və vacib vitaminləri qəbu

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR

Dövlət məktəbəqədər təhsil layihələrinə dəstək verəcək. Özəl bağçalar layihə təqdim edərək müsabiqədə iştirak edə, qalib gəldikləri halda dövlət maliyyələşməsindən yararlana biləcəklər. "Trend"ə istinadla xəbə

"Bütün məsuliyyət Vado Korovinlə onun üzərinə düşür" - "Space TV"nin açıqlaması

"Space TV" Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə həbs qoyulması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. xəbər verir ki, bəhs olunan 140 min 313,06 ABŞ dolları məbləğində borc 2021-c

Bakının mərkəzində bəzi evlər ucuzlaşıb

Daşınmaz əmlak bazarında mövsümi canlanma müşahidə olunur. Xüsusilə kirayə mənzil və bağ evi seqmentində tələb dəyişdiyi üçün qiymətlərdə və bazar aktivliyində müəyyən dalğalanmalar baş verir. Bununla yanaşı, mənzil alqı-satqıs

Günəş kremi xərçəngə səbəb olurmu?

Sosial şəbəkələrdə günəş kremlərinin dəri xərçənginə səbəb olduğu ilə bağlı yayılan iddialar elmi araşdırmalar tərəfindən təsdiqlənmir. Mütəxəssislər bildirirlər ki, düzgün istifadə olunan günəş kremləri əksinə, zərərli ultrabənövşəy

Qızıl ucuzlaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,85% azalaraq 4101.2 ABŞ dollarına bərabər olub. birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 2,3% azalara

Bu günün valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 23-nə qüvvədə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. KONKRET.azxəbər verir ki, AMB-dən verilən məlumata görə, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsind


yeni xeberler son xeberler azerbaycan xeberleri qarabag beynelxalq bank mezenne sonxəbərlər en son xeberler