Bu universitetə yeni prorektor təyin olundu

Bu universitetə yeni prorektor təyin olunduRza Məmmədov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.
azxeber.com xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr verib.
Rza İbrahim oğlu Məmmədov 1989-cu il mayın 21-də Naxçıvan şəhərində anadan olub. Orta təhsilini 2006-cı ildə Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə başa vurub. Ali təhsilinə Türkiyənin Anadolu Universitetində başlayıb və 2007–2010-cu illərdə "İqtisadiyyat" ixtisası üzrə bakalavr dərəcəsini fərqlənmə ilə bitirib.
2011-ci ildə Naxçıvan Dövlət Universitetində "Dövlət və bələdiyyə idarəetməsi" üzrə magistr təhsilinə qəbul olunub və 2014-cü ildə magistr dərəcəsi alıb. Daha sonra 2014–2018-ci illərdə Türkiyənin Eskişehir Osmangazi Universitetində "Təhsilin idarəedilməsi, təftişi, planlaması və iqtisadiyyatı" üzrə doktorantura təhsili alıb. O, bu sahədə dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi qazanıb. Bu dərəcə 2021-ci ildə Azərbaycanda nostrifikasiya olunub.
2023-cü ildən ADA Universitetində magistr proqramlarında dərs deyir və dissertasiya rəhbərliyi edir. Həmin ildən "Naxçıvan" Universitetində Elm, İnnovasiyalar və Beynəlxalq Əlaqələr üzrə prorektor, eyni zamanda idarəetmə kafedrasının dosentidir.
Qeyd edək ki, Rza Məmmədov təhsilin idarəedilməsi, liderlik və strateji yanaşmalar sahəsində 10-dan çox kitabın müəllifi və həmmüəllifi, 15-ə yaxın beynəlxalq məqalənin və 20-dən çox konfrans çıxışının müəllifidir

Sosial       Tarix: 05 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan nefti 109 dolları keçdi

Dünya bazarında neft qiymətləri kəskin bahalaşıb. milliaz-a istinadən xəbər verir ki, İtaliyanın Auqusta limanında "Azeri Light" markalı Azərbaycan neftinin CIF bazasında bir barelinin qiyməti əvvəlki göstəric

Süni qiymət artımı nədir? – İqtisadçı izah edir

Yay mövsümündə istirahət məkanlarında qida və içkilərin qiymətlərinin kəskin bahalaşması yenidən müzakirə mövzusuna çevrilib. Bəzi obyektlərdə yeməklər fərqli adlarla bir neçə dəfə baha qiymətə təklif olunur, hətta adi suyu

Belə evləri alanlar uduzur - Açıqlama

Son illərdə daşınmaz əmlak bazarında qiymət dəyişiklikləri alıcıların diqqət mərkəzindədir. Bir çox vətəndaş mənzil alarkən yalnız hazırkı qiymətə deyil, onun gələcəkdə dəyərinin artıb-artmayacağına da önəm verir. . Mənzili

Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Biznes Məktəbində MBA proqramı üzrə təhsil almağın bir sıra üstünlükləri var. Bizim.Media xəbər verir ki, sözügedən MBA proqramı gələcəyin rəhbərləri, sahibkarları və qərarvericilər

Natiq Cəfərlidən sərt etiraz: "İnsanları avam yerinə qoymayın!"

Rəsmi statistikaya əsasən, bu il ölkəyə səfər edən turistlərin sayı ötən dövrlə müqayisədə 11% azalıb. Bakıdakı hotellərdə isə azalmanın 30%-dən çox olduğu bildirilir. Azərbaycan Turizm Agentləri Assosiasiyasının İdarə Heyət

Bu günün valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 23-nə qüvvədə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. KONKRET.azxəbər verir ki, AMB-dən verilən məlumata görə, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsind

FHN çimərliklərdə silsilə maarifləndirmə tədbirləri keçirib - Fotolar

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən çimərliklərdə istirahət edən vətəndaşlar arasında "Çimərliklərdə təhlükəsizlik qaydaları" mövzusunda silsilə maarifləndirmə tədbirləri keçirilib. xəbə

Qəbələdə açıq sahədə yanğın baş verib

Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib. xəbər verir ki, bu haqda FHN məlumat yayıb. Bildirilib ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub

Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək

Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələblər təsdiq ediləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi ilə bağlı fərman imzaladığı "Ümumi təhsil haqqında" qanuna edilə


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son xeber son.xabar hava kriminal xeber