Məşhur futbolçunun Azərbaycandan çıxışına QADAĞA QOYULDU - SƏBƏB
Premyer Liqamızda üç klubun formasını geyinmiş Yevgeni Koçukun Azərbaycandan çıxışına qadağa qoyulub.
KONKRET.az xəbər verir ki, yarımmüdafiəçi vergidən yayınmaqda ittiham olunur. Futbolçunun vergi orqanlarına 7729 manat borcu olduğu üzə çıxıb. Borcunu ödəmədiyi üçün İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhər Lokal Gəlirlər Baş idarəsi tərəfindən məhkəməyə verilib. Hazırda onun işi Bakı Kommersiya Məhkəməsində icraata götürülüb. Yarımmüdafiəçinin işinə baxılması hakim Zeynəb Axundovaya tapşırılıb.
Koçuk "Səbail"ə 2018-ci ilin yanvarında Slovakiya klubu "Jilina"dan gəlib. Həmin ilin yay fasiləsində sabiq klubuna qayıdan Yevgeni, qısa müddət sonra yenidən "Səbail"lə müqavilə imzalayıb. 2020-ci ildə "Sabah"a transfer olunan futbolçu 2021-ci ildə "Keşlə"yə (indiki "Şamaxı") keçib. O, 2022-ci ilin yanvarından düşmən ölkə olan Ermənistan təmsilçisi "Pünik"in formasını geyinir.//Qaynarinfo

Zaxarovadan PUA hücumları ilə bağlı AÇIQLAMA
"Qızıl buts"u o qazandı
Qalibaf ABŞ-nin Yaxın Şərqə hərbi texnika göndərməsini tənqid etdi
Şərurda qadın meyiti tapıldı
Azərbaycan nümayəndə heyəti Şimali Kiprin rəhbərliyi ilə görüşdü - FOTOLAR
Zelenski generallarla "qapalı" görüşdə: İstefa şayiələri artır
Müctəba Xamenei İrandan qaçıb? - Abbas Əraqçidən maraqlı AÇIQLAMA
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüşüb
ABŞ İranın sənaye müəssisəsinə zərbə endirib
Zərdabda otbağlayan aqreqatın təkərinin altında qalan azyaşlı ölüb
Türkiyədə dollar durmadan bahalaşır – Azərbaycanı nə gözləyir?
Səudiyyə Ərəbistanının ev sahibliyi edəcəyi DÇ-2034 təxirə salına bilər
Bu günün valyuta məzənnələri açıqlandı