Məşhur icra başçısının 27 illik karyerasına son qoyulur
Hakimiyyət daxilində "təmizləmə əməliyyatı" davam edir. Yaxın günlərdə daha bir icra başçısı işdən çıxarılacaq. Yola salınacaq şəxsin adı da məlumdur. Yenisabah.az-ın əldə etdiyi məlumata görə, iş yerini itirəcək "kiçik padşah" Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovdur. 64 yaşlı Qaraşovun "vurulması" iki əsas səbəblə əlaqəlidir.
KONKRET.az xəbər verir ki, 2022-ci ildə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rasilə Arifqızının 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin azyaşlı şagirdinə qarşı zor tətbiq etməsi, məktəblini döyməsi sabiq müavini ilə yanaşı, Taleh Qaraşova da problem yaradıb. İcra başçısı o vaxt şəxsi əlaqələrini işə salaraq, vəzifəsini qoruya bilsə də, bu hadisə unudulmayıb. Hakimiyyətin yuxarı eşelonunda hesab edirlər ki, xanım müavin məhz başçıya güvənərək, bu cür qanunsuzluğa əl atıb. Buna görə də təkcə o özü deyil, onun qanunsuz əməllərinə göz yuman icra başçısı da cavab verməlidir.
Digər səbəb isə Taleh Qaraşovun çoxillik fəaliyyətilə bağlıdır. Belə ki, Qaraşov hazırda ölkənin ən stajlı icra başçısı sayılır. Hakimiyyət mənsubları düşünürlər ki, onun 27 illik karyerasına son qoymağın vaxtı çatıb.
Qeyd edək ki, Taleh Qaraşpov 1996-2002-ci illərdə Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı, 2002-2006-cı illərdə Cəlilabad rayon İcra hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Neftçala rayon İcra hakimiyyətinin başçısı, 2011-2012-ci illərdə Astara rayon İcra hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 aprel 2012-ci il tarixli sərəncamı ilə Lənkəran şəhər İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi