Məşhur müğənninin vida mərasimindən FOTOLAR

Məşhur müğənninin vida mərasimindən FOTOLARHəyatını itirən məşhur müğənni və aktyor Özkan Uğur üçün Atatürk Mədəniyyət Mərkəzində mərasim keçirilib.
azxeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, keçirilən vida mərasimə sənətçilər qatılarkən, müğənninin gitarası onun tabutunun üzərinə qoyulub. 
Mərasimdə mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, aktyor və aktrisalar Zəfər Alagöz, Çağla Şikel, Yılmaz Ərdoğan, Ozan Güvən, Cem Yılmaz və bir çox sənətçi iştirak edib Mərasimdə Özkan Uğur haqqında film də nümayiş olunub. Zalda sənətçilərin göz yaşlarını saxlaya bilmədiyi gözdən qaçmayıb. Uğurla bağlı video-təqdimatdan sonra hamı ayağa qalxaraq alqışlasa da, Cem Yılmaz oturduğu yerdə ağlayaraq çətin anlar yaşayıb.
Uğur kimi sənətçilərlə vidalaşmağın çətin olduğunu deyən nazir Ərsoy, "O, həm musiqi əfsanəsi, həm də ekranlarda ən təbii personajlardan biridir. O, örnək olacaq çox dəyərli bir istedad idi. Təəssüf ki, belə dəyərli sənətkarların yerini doldurmaq çox çətindir. Bütün sənətçilərimizə, yaxın dostlarımıza, xüsusilə onların dəyərli ailələrinə səbr diləyirəm. Hamımıza başsağlığı verirəm", - deyə kədərli fikirlər söyləyib.
Anası ilə səhnəyə çıxan Alişan Uğur atası ilə vidalaşaraq öz fikirlərini bölüşüb:
"Özkan Uğur 41 illik anamın sevgilisi, onun ömür-gün yoldaşı və sevimli atamdır. Üç nəfərlik ailəmizin təməli idi. Bəzən əsəbiləşərdik, amma sözlə ifadə edə bilməyəcək qədər çox sevirdik bir-birimizi. Atam nadir insanlardan idi. Hər kəsin bir-biri ilə yaxşı olmasını istəyirdi. Özünəməxsus musiqisi, improvizasiyası, mükəmməl aktyorluğu ilə qəlblərdə taxt-tac qurdu. Xəstəliyinin ən çətin anlarında belə gülümsəməsi həmişə üzündə idi. Onun ailəsi olaraq dərin hüznümüzü ifadə etmək üçün sözlər yetərli deyil. Zaman bizim üçün dayandı. Siz hər zaman bizimlə olacaqsınız".
Qeyd edək ki, Özkan Uğur Taksim məscidində qılınacaq cənazə namazından sonra Karacaahmet qəbiristanlığında torpağa tapşırılacaq.
Mikayıl
Məşhur müğənninin vida mərasimindən FOTOLARMəşhur müğənninin vida mərasimindən FOTOLARMəşhur müğənninin vida mərasimindən FOTOLARMəşhur müğənninin vida mərasimindən FOTOLARMəşhur müğənninin vida mərasimindən FOTOLARMəşhur müğənninin vida mərasimindən FOTOLARMəşhur müğənninin vida mərasimindən FOTOLARMəşhur müğənninin vida mərasimindən FOTOLAR

Şou Biznes       Tarix: 11 iyul 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz


azerbaycan xeberleri yeni xeberler son xeberler bugünki xəbərlər en son xeberler şou biznes xəbərləri metbuat