Məşhur partiya sədri lüks avtomobili ilə qəzaya düşdü
Rusiyanın paytaxtı Moskvanın mərkəzində LDPR (Rusiya Liberal Demokrat Partiyası) lideri Leonid Slutskinin lüks "Aurus" avtomobili motosikletlə toqquşub.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Novıy Arbatla Novinski bulvarının kəsişməsində baş verib. Qəza ilə bağlı ilkin məlumatlar sonradan yenilənib.
İlk xəbərlərdə motosikleti qadının idarə etdiyi və onun qəza nəticəsində öldüyü bildirilirdi. Lakin daha sonra ölüm xəbəri təkzib olunub.
Slutskinin açıqlamasına görə, motosikleti gənc oğlan idarə edib və o, yüksək sürətlə "Aurus"a çırpılıb. Motosikletçi nəqliyyat vasitəsində tək olub.
Hadisə yerinə təcili tibbi yardım əməkdaşları gəlib. Motosikletçiyə tibbi yardım göstərilib, lakin o, xəstəxanaya yerləşdirilməkdən imtina edib.
Slutskinin köməkçisi Vladimir Dmitriyev qəza nəticəsində ölən və ağır xəsarət alan olmadığını bildirib. O, həmçinin LDPR liderinin qəza zamanı avtomobildə olduğunu və xəsarət almadığını açıqlayıb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı