Məşhur şirkət Natali Portman və Adam MakKey ilə müqaviləni dayandırıb
Məşhur şirkət Natali Portman və Adam MakKey ilə müqaviləni dayandırıb
"Apple" şirkəti ssenarist və aktyorlar birliklərinin davam edən tətili fonunda ulduzlarla uzunmüddətli və prioritetli müqavilələrini dayandıran bir sıra digər böyük Hollivud studiyalarına qoşulub.
Məlumata görə, növbəti "qurban" Natali Portman və onun "Apple" şirkətinin son illərdə əməkdaşlıq etdiyi "MountainA" istehsalat studiyası olub. Müqavilə tətillər bitdikdən sonra yenilənə bilər. Həmçinin rejissor Adam Makkey ilə əməkdaşlığa müvəqqəti xitam verildiyi barədə də məlum olub.
Eyni zamanda bildirilir ki, "Apple" hələ də Amerika Ssenaristlər Gildiyasına daxil olmayan Martin Skorsese, Tom Henks və başqaları ilə genişmiqyaslı müqavilələr bağlayır. Müqavilələrin bu formada dayandırılması tətillər fonunda adi hala çevrilib və bir sıra digər media şirkətləri artıq oxşar addımlar atıb. "Warner Bros. Discovery" bir sıra sövdələşmələri, o cümlədən Qreq Berlanti və Cey Cey Abrams kimi məşhur kinematoqraflarla, "NBC Universal" isə Dueyn Consonun müqavilələrini dayandırıb.
Mənbə: kinonews.ru / oxu.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var