Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb.
Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.
Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən, keçmiş model 7 ay 15 gün müddətinə həbs cəzasına məhkum olunub.
Hadisə 2024-cü ilin mayında baş verib. İlkin ifadəsində Akkaya özünün qızının hücumuna məruz qaldığını iddia etmişdi. Digər tərəfdən, 15 yaşlı qızı anası tərəfindən fiziki zorakılığa məruz qaldığını irəli sürüb.
İlkin məhkəmə qərarı ilə Akkaya 4 ay müddətinə azadlıqdan məhrum edilsə də, qızının vəkilinin apellyasiya şikayətindən sonra işə yenidən baxılıb.
Məhkəmə instansiyası Akkayanın əvvəllər başqa bir cinayət işinə görə məhkumluğunun olmasını əsas gətirərək, yeni cəzanın icrasını təxirə salmayıb. Əgər qəbul edilmiş qərar qüvvəyə minərsə, məşhur model həbsxanaya göndəriləcək.
///oxu.az/// / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Nərimanov rayonunda yerləşən tam orta məktəbdə şagirdlər arasında insident baş verib
Sabiq vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
Valyuta bazarında son vəziyyət
Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirdi
Putin və Si ABŞ-ın qaraciyərini yemək istəyirlər
"İşgüzar Axşam Ziyafəti və B2B Görüş" təşkil olundu - FOTOLAR
Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin…
Azərbaycan və Gürcüstan XİN rəhbərləri regional əməkdaşlığı müzakirə ediblər
Azər Türk Bank "atb friday" kampaniyasına start verdi
Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib