Məşhur televiziya kanallarında çalışan türkiyəli aparıcı vəfat etdi - FOTO
Məşhur televiziya kanallarında çalışan türkiyəli aparıcı vəfat etdi - FOTO
Keçirdiyi yol-nəqliyyat hadisəsindən sonra vəziyyəti pisləşən və reanimasiyaya yerləşdirilən məşhur türkiyəli aparıcı Metin Uca həyatını itirib.
Bir neçə gün öncə əməliyyat olunan aparıcı ötən gecə vəfat edib.
Bu barədə onun meneceri Kübra Kalem Baykara sosial media hesabında paylaşım edib.
"Metin Ucamızı itirdik. Qəlbimiz ağrıyır", - deyə menecer paylaşımda qeyd edib.
Metin Uca 1987-ci ildə "Anadolu" agentliyinə imtahan verdikdən sonra müxbir kimi fəaliyyətə başlayıb. 1989-cu ildə TRT-yə keçən aparıcı daha sonra "Kanal D", "Show TV", ATV, "Star TV" kimi qurumlarda müxbir və veriliş aparıcısı kimi çalışıb.
1999-cu ildən sonra "Günaydın Türkiyə" səhər xəbər proqramı və 2002-ci ildə "Star TV"-də yayımlanmağa başlayan "Passaparola" adlı müsabiqə ilə tanınıb. Sənətçi, həmçinin təkadamlıq tamaşalarda çıxış edib və səsləndirmə ilə də məşğul olub. Metin Uca 2010-2011-ci illər arasında "Passaparola" verilişinin aparıcısı olub.
Mənbə: Haber Global / oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var