Məşhur türkiyəli sənətçi məhkəmə qarşısına çıxarıldı - FOTO
Məşhur türkiyəli sənətçi məhkəmə qarşısına çıxarıldı - FOTO
Məşhur türkiyəli müğənni və aktyor Kutsi məhkəmə qarşısına çıxıb.
Buna səbəb onun İstanbulda 10 min Türkiyə lirəsinə kirayə götürdüyü evin bir neçə aylıq kirayəsini ödəməməsi olub. Ev sahibi borcu olan Kutsinin kirayə müqaviləsinə xitam verilməsini və onun evdən çıxarılmasını tələb edib.
Kutsi 2019-2021-ci illərdə "Benim adım melek" serialında birlikdə rol aldığı Sibel Ülkerlə ikinci dəfə ailə həyatı qurub. Daha sonra Sibel Ülker ailə məhkəməsinə müraciət edərək Kutsiyə qarşı boşanma iddiası qaldırıb. Kutsinin boşanma işi ilə bağlı məxfilik qərarı və həyat yoldaşı üçün isə uzaqlaşdırma qərarı verilib.
Kutsi evdən çıxdıqdan sonra həyat yoldaşı orada yaşamağa davam edib, lakin İstanbulun Maltepe səmtindəki evinin kirayəsini ödəmədiyi üçün ev sahibi tərəfindən məhkəməyə müraciət edilib.
Məhkəmədə ev sahibinin vəkili Kutsinin kirayə müqaviləsinə xitam verilməsini və evdən çıxarılmasını tələb edib. Bildirilib ki, Kutsi ödənişləri etmədiyi zaman da evdə yaşayıb, lakin həyat yoldaşı ilə mübahisə etdikdən sonra evi tərk edib, həyat yoldaşı isə yaşamağa davam edib.
İyunda başlayan məhkəmə prosesi dekabr ayına qədər təxirə salınıb.
Mənbə: Haber Global / oxu.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var