Mətanət Əsədova aparıcıya əsəbiləşdi: "Mən onunla eyni dərəcədəyəm ki, belə sual verirsən?

Mətanət Əsədova aparıcıya əsəbiləşdi: Mətanət Əsədova aparıcıya əsəbiləşdi: "Mən onunla eyni dərəcədəyəm ki, belə sual verirsən?"
"Sosial şəbəkələrdə olan müğənnilər üçün elə orada da kanal yaradılsın. Onlar yalnız orada çıxış etsinlər. Bu cür müğənnilərin efirdə nə işi var? Bunları aparıcılar efirlərə gətirib-çıxarıb, sonra da qoyublar dağ başına. Gəlirəm onların olduğu verilişə, aparıcı başlayır onlardan mənə sual verməyə. Sənin nə ixtiyarın var onlardan mənə sual verirsən? Kimsən axı sən? Mən onunla eyni dərəcədəyəm ki, onunla bağlı mənə sual verirsən?".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova deyib. İfaçı aparıcıların ona ünvanlandığı bəzi suallara əsəbiləşdiyini bildirib:
"Aparıcılar, dünən küçədən keçən bir oxuyan haqqında mənə sual verirsiniz. O sənin günahındır ki, sosial şəbəkələrdə məşhurlaşan müğənniləri efirə çıxardıb onları işıqlandırırsan. Bu mənim yox, sənin kanalının rəhbərinin günahıdır. Şəxsən mən o aparıcılara bu icazə və ixtiyarı verməmişəm ki, hər yoldan keçən barəsində sual versinlər. Buradan da deyirəm ki, həmin aparıcılar mənə həmin müğənnilərdən sual versələr, onlara ağzıma gələni deyəcəyəm. Verməyin! 
Mən bu kimi şeylərdən qıcıqlanan insan deyiləm. Axı niyə gül kimi vaxtımı onlara sərf etməliyəm? Kimdirlər onlar? O aparıcılar belə suallar verirlər ki, verilişləri reytinqli olsun. Sual verəcəklər, paylarını da alacaqlar. Bunu mənə etmək olmaz. O aparıcılara da əvvəlcədən xəbərdarlıq etmişəm ki, mənim səbr kasamı daşırmayın". 
M.Əsədova aparıcıların həmin müğənniləri pul müqabilində efirə çıxardıqlarını əlavə edib:
"Efirlərdən qətiyyən razı deyiləm. Televiziyalarda belə bir qayda çıxıb "paketlə müğənni". Paketlə nə zamandan müğənni olublar? Paketlə pul ödəyirlər, efirlərə çıxırlar. Aparıcını rəhbərlər "paket"lə qoyublar işə? Rəhbər sənə maaş verir. Aparıcı "paket" qoyub, yoldan keçəni efirə qonaq çağırır. Yığışdırın bunları. Ödənişlə efirə çıxan müğənniləri qəti şəkildə qəbul etmirəm". / oxu.az

Şou Biznes       Tarix: 13 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Məşhur müğənni Güllünün şübhəli ölümü: Qızının həbsindən sonra oğluna qarşı da iddia qaldırıldı

Keçən il sentyabrın 25-də Yalovanın Çinarcık rayonunda evinin pəncərəsindən yıxılaraq həyatını itirən türkiyəli məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı istintaqda yeni iddialar ortaya çıxıb. -a istinadən xəbər veri

İlyas Yalçıntaş sərbəst buraxıldı

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində iyul ayında həbs edilən müğənni İlyas Yalçıntaş ilk məhkəmə iclasında azadlığa buraxılıb. -a istinadən xəbər verir ki, Ağır Cinayətlər Məhkəməsində keçirilə

Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb

Mədəniyyət Nazirliyi Zaur Rzayevin ölümü ilə bağlı nekroloq yayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli müğənni, Azərbaycan Respublikasının Xalq artisti Zaur Rzaye

Okan Buruk haqqında sürpriz sevgi İDDİASI: Onları görün kim tanış edib

"Qalatasaray"ın baş məşqçisi Okan Burukun türk əsilli rus qadını Ayris Kurteşlə yeni münasibətə başladığı iddia edilib. Şayiələrə görə, onların görüşünü və sonrakı yaxınlığını İrfan Sarıoğlu təşkil edib. . -a istinadə

Asya Əlizadənin 5 il həbsi istənilir

Azərbaycanlı reper Asya Əlizadə, türkiyəli reper Lvbel C5 və bəstəkar Can Akdoğan barəsində 5 ilədək həbs cəzası tələb olunub. Üç nəfər haqqında hazırlanan ittiham aktı məhkəmə tərəfindən qəbul edilib. Axşam.az-a istinadə

Məşhur müğənni 10 il həbs oluna bilər – "Başımı bəlaya saldı

Türkiyənin məşhur müğənnisi Yusuf  Güney narkotik və psixotrop maddələrin istifadəsini təşviq etməkdə ittiham olunduğu cinayət işi üzrə hakim qarşısına çıxıb. . -a istinadən xəbər verir ki, İstanbul Məhkəməsində keçirilə

Cəmi 3 il evli qala bildilər

Hollivud aktrisası Marqaret Kuolli və musiqi prodüseri Cek Antonoff boşanmaq üçün rəsmi müraciət ediblər. axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilib ki, 42 yaşlı Cek v

Ömürlük həbs hökmünün detalları açıqlandı

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Yalova Ağır Cinayətlər Məhkəməsini

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son durum xabar az hava durumu xeber.az son xeberler