Metropoliten işçisi anasının məzarı yanında ölü halda tapıldı
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin əməkdaşı Əli Fərəcov vəfat edib.
KONKRET.az Report-a istinadən xəbər verir ki, ötən gün səhər işə getmək adı ilə evdən çıxan 72 yaşlı Ə. Fərəcova zəng çatmadığı üçün ailə polisə məlumat verib.
Axtarışlar nəticəsində ailəsi bu gün günorta saatlarında mərhumun cansız bədənini anasının Maştağa qəbiristanlığında yerləşən qəbrinin yanında tapıb.
İlkin məlumata görə, noyabrın 4-ü mərhumun anasının vəfatının ildönümü olub. Hər il olduğu kimi Ə.Fərəcov bu dəfə də anasının qəbrini ziyarət etməyə gedib.
Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır.
Qeyd edək ki, uzun illər idman jurnalistikasında çalışmış Ə. Fərəcov 1951-ci il martın 29-da doğulub. Onun metropolitendə 45 ildən artıq təcrübəsi var. Uzun müddət "Metro" qəzetinin baş redaktoru olub.
Qəzet bağlanandan sonra isə qurumun mətbuat xidmətində redaktor kimi çalışıb. Təqaüdə çıxdıqdan sonra isə "Bakı metropoliteni" rəhbərliyi onun təcrübəsini nəzərə alaraq müqavilə əsasında əməkdaşlığa cəlb edib.
Xidmetler [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi