"Meydanda olan orada qalır"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Sabah"la heç-heçə (2:2) başa çatan matçdan sonra təşkil olunan mətbuat konfransında maraqlı açıqlamalar verib.
KONKRET.az xəbər verir ki, təcrübəli mütəxəssis meydanda yaşanan gərginlik və rəqib həmkarı Valdas Dambrauskasla münasibətlərinə toxunub.
Q. Qurbanov Elvin Cəfərquliyevlə Zedadka arasındakı mübahisəli epizodu görmədiyini bildirib:
"Düzü, Elvinlə Zedadkanın epizodunu görmədim. Amma bu, normal bir şeydir. Çünki futbol xarakter və mübarizə oyunudur. Bəzi azarkeşlər belə gərginlikdən zövq alırlar. Mən həmişə bildirmişəm ki, meydanda olan orada qalır. O anda yaşanan hadisələr, aqressiyalar, düşünmədən atılan addımlar sırf oyunun atmosferinə görə olur. Mən sonradan buna müdaxilə etməyi xoşlamıram".
Rəqib komandanın baş məşqçisi haqqında da müsbət fikirlər səsləndirən Qurbanov qeyd edib ki, aralarında qarşılıqlı hörmət var:
"Biz Dambrauskasla həmişə futbol haqqında danışmışıq. O, bizim işimizə dəyər verib. Mən də öz növbəmdə qarşılıqlı fikirlərimi bildirmişəm ki, həqiqətən gözəl komandanız var".
Xatırladaq ki, dramatik keçən qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb və finalçının adına cavab matçında aydınlıq gələcək.

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA