Meyxanaçılar it haqqında qafiyə açıb? - Mehman Əhmədli açıqladı
Meyxanaçı Mehman Əhmədli it haqqında meyxana deyilməsi məsələsi haqqında danışıb.
azxeber.com xəbər verir ki, Mehman Əhmədli açıqlamasında məsələnin necə olduğuna aydınlıq gətirib.
O qeyd edib ki, dediyi bəndlərdə it haqqında fikir səsləndirməyib:
"Bu yaxınlarda bizim Mübariz dostumuzun ad günü idi, onun qonaqlarının içində Sadiq qardaş Mübarizə yaxınlaşıb deyib ki, mən it saxlayanam, mənim itim elə-belə it deyil, çempiondur, medalları var. Olarmı, siz meyxanalarda onun adını çəkəsiniz, mən də çəkim, yadigar qalsın mənim üçün? Mübariz yaxınlaşıb bizimlə məsləhətləşdi, mən də dedim, itin özü haqqında yox, onun sahibi haqqında meyxana demək olar. Mübariz də qafiyə açdı ki, "burada Sadiq var, təmiz oğlan kimi, iti də var, Doberman kimi". Mən orada 3 bənd demişəm, heç birində it haqqında deməmişəm. Onun adını, parolasını çəkməmişəm. Hətta 3 bəndin birində dedim ki, "Mən it-pişik haqqında meyxana demirəm, çünki mən yaşamışam Əhmədli Mehman kimi". Heç bu bəndi heç kim paylaşmayıb, kimə nə lazımdır, onu deyir".
Mehman Əhmədli əlavə edib ki, kimlərəsə həmin meyxananı it haqqında deyilibmiş kimi yozublar:
"Deyirlər, guya biz it haqqında meyxana demişik, bunu kimsə, nədənsə, küskün adamlar yozublar ki, guya it haqqında demişik. Paylaşımlar da edirlər, qıraq-bucağa da elə qabarıq sözlər yazırlar ki, guya nələrsə olub. Bunu yazanlardan, yayanlardan, mənim bir kəlmə sözümü tapıb göstərsə, mən lal olaram, heç nə danışmaram. Tapa bilməsə, onu o formada deyənlər, yəqin itin qohum-əqrəbasıdır. Yəqin onları narahat edib. Mən belə başa düşürəm".
Qeyd edək ki, "Bakupost" Bakıdakı şadlıq saraylarının birində meyxana ustadlarının itə meyxana deməsi haqda məlumat yaymışdı. Bildirilib ki, hadisə meyxana ustası Mübariz Maştağalının ad günündə baş verib. Belə ki, Sadiq adlı biznesmen meyxana sifariş verib və itinin təriflənməsini istəyib. Məclisdə meyxana ustadları – Ağamirzə, Mehman Əhmədli, Akif Arif, Mübariz Maştağalı iştirak ediblər.
Aydın Nuri

Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşdü - FOTOLAR
Bir qrup dövlət qulluqçusu təltif edildi - SƏRƏNCAM
Azərbaycanda bu şəxslər iki min manatdan çox maaş alır
ABB-dən qəribə qərar: 'm10'-a pul köçürmələrinə məhudiyyət qoyuldu
Ronaldo rekorda imza atdı
Unibank Finance in Motion ilə 10 milyon avroluq saziş imzaladı
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
Bakcell-in dəstəyi ilə keçirilən "SummerStack Bootcamp" başladı - FOTOLAR
"Fənərbaxça" onunla razılıq əldə etdi
Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq
Azərbaycanlı qız Gürcüstanda faciəvi şəkildə öldü
Livan və İsrail arasında danışıqların beşinci raundu başladı
"Land Cruiser" motosikletə çırpıldı - Kuryer öldü
Övladının həyatını təhlükəyə atmışdı - Saxlanıldı
Putin: Moskva Ukrayna ilə danışıqlara hazırdır