MHP Şuşada məktəb inşasından imtina etdi - Baxçalıdan AÇIQLAMA
MHP lideri Dövlət Baxçalı Şuşada tikiləcək məktəblə bağlı "twit" atıb.
Publika.az xəbər verir ki, Baxçalı öz "Twitter" hesabında yazıb:
"16 yanvar 2021-ci ildə sosial mediada verdiyim bir açıqlama ilə Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi təşəbbüsü ilə Qarabağ qələbəsindən sonra Şuşada Azərbaycanın intellektual və bədii həyatında görkəmli yeri olan doqquz sinifli bir məktəb inşa etməyi öhdəmizə götürdük. Bu çərçivədə layihəmizi hazırladıq və ictimaiyyətlə paylaşdıq.
Hədəflədiyimiz məktəbə Azərbaycan Dövlət Himninin bəstəkarı və Şuşada anadan olan mərhum Üzeyir Hacıbəylinin adını verməyi planlaşdırmışdıq. Sözügedən məktəbin təməlqoyma günü kimi 30 yanvar 2021-ci il olmalı idi".
Baxçalı bəzi səbəblərə görə, Milliyyətçi Hərəkat Partiyasının Şuşada inşa etdirəcəyi məktəb layihəsindən imtina etdiyini bildirib. "Ancaq Azərbaycan rəhbərliyi layihəmizi qəbul etmədi və yeni və fərqli bir məktəb layihəsi hazırladı. Əlbəttə ki, bu qənaət onların ən təbii haqqıdır və onlara hörmət etməkdən başqa çarəmiz qalmayacaq.
Məktəbin tikintisini dəstəkləyən qardaşlarımızdan yardım və ianə adı altında yığılan pul təxirə salınmadan və eyni şəkildə qaytarılacaqdır". / "Yenisabah"
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək