"Milan" heç-heçə etdi, "Real Madrid" qələbə qazandı
Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun daha iki qarşılaşması keçirilib.
Publika.az xəbər verir ki, B qrupunda İtaliyanın "Milan" klubu evdə Portuqaliyanın "Portu" komandası ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Hesabı 39-cu dəqiqədə qonaqların heyətində Luis Dias açıb. Matçın 61-ci dəqiqəsində "Portu"nun futbolçusu Şansel Mbemba avtoqol müəllifi olub. Beləliklə, Milan şəhərinin eyniadlı təmsilçisi qrup mərhələsində ilk xalını qazanıb. Qrupun digər oyununda İspaniyanın "Atletiko" (Madrid) komandası İngiltərədə "Liverpul"a qalib gələrsə, "Milan" pley-off şansını itirəcək.
Digər erkən başlayan görüş D qrupunda baş tutub. "Real Madrid" İspaniyada Ukraynanın "Şaxtyor Donetsk" klubunu 2:1 hesabı ilə məğlub edib. "Kral klubu"nun heyətində Kərim Benzema dubl edib. Donetsk təmsilçisində isə yeganə qolun müəllifi Fernando olub.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var