Milli Məclisin deputatından NATO PA-ya TƏKLİF

Milli Məclisin deputatından NATO PA-ya TƏKLİF Milli Məclisin deputatından NATO PA-ya TƏKLİF
Sentyabrın 9-da NATO Parlament Assambleyasının Təhlükəsizliyin Milli Ölçüsü Komitəsinin videokonfrans formatında iclası keçirilib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
İclasda Milli Məclisin NATO PA-dakı nümayəndə heyətinin üzvü Kamran Bayramov iştirak edib.
Gündəliyə "Çin və qlobal liberal quruluş", "NATO haqqında məlumatın və təhsilin artırılması" barədə hesabat layihələri və təşkilati məsələlər daxil edilib. Çıxış edən üzv ölkələrin nümayəndələri müzakirə olunan məsələlərə münasibətlərini bildiriblər, qeyd və təkliflərini veriblər.
İclasda çıxış edən Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, NATO haqqında məlumatın və təhsilin artırılmasına dair hesabat layihəsi NATO haqqında məlumatın və təhsilin artırılması üzrə səyləri tam əhatə edib.
"Bu sahədə NATO-nun yanaşmaları və təşəbbüslərinə xeyli yer ayrılıb, bununla bağlı üzv olan dövlətlərin fəaliyyətinin müstəsna əhəmiyyətini tam əks etdirib. Eyni zamanda, əminik ki, ayrıca dövlətlər misalında konkret nümunələrin verilməsi də NATO haqqında ictimaiyyət arasında məlumatlılığın artırılması işində öz dəyərli töhfəsini verəcək", - deyə K.Bayramov əlavə edib.
Deputat hesabat layihəsinin NATO-nun əlaqələri və "COVID-19 pandemiyası" adlı IV bəndinə dair təklif verib.
Bu bənddə deyilir ki, NATO böhranla mübarizədə üzv olan dövlətlərin əldə etdiyi qabaqcıl təcrübənin mübadiləsini təşviq edir. Təklif bu cümləyə "üzv olan dövlətlər" sözlərindən sonra "assosiativ üzvlər" sözlərinin daxil edilməsindən ibarətdir.
"Məsələn, NATO-nun assosiativ üzvü olan Azərbaycan dünyada pandemiyanın başlandığı andan koronavirusa qarşı mübarizədə regional və qlobal səviyyədə zəruri təşəbbüslər irəli sürür və məqsədyönlü addımlar atır. Ölkəmiz COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi ÜST-ə könüllü ianə ayırıb, dünyanın 30-dan çox dövlətinə humanitar yardım göstərib".
Hesabat layihəsinin məruzəçisi Angel Tilvara Kamran Bayramovun bu təklifini bəyəndiyini və komitənin növbəti iclasında təklifin müzakirəyə çıxarılacağını diqqətə çatdırıb.  
Sonra K. Bayramov NATO Parlament Assambleyası tərəfindən koronavirus pandemiyası ilə mübarizədə NATO-nun rolu və əhəmiyyətinə həsr olunan ayrıca xüsusi videokonfransın keçirilməsi, konfransda koronavirusla mübarizədə NATO-ya üzv olan dövlətlərin və assosiativ üzvlərin arasında həmrəyliyin nümayiş etdirilməsi, onlar arasında qarşılıqlı fəaliyyətin təmin edilməsi, qabaqcıl təcrübənin mübadiləsi, bu təhdidə qarşı qlobal cavabın tapılması, digər əhəmiyyətli məsələlərin həmin konfransda müzakirəyə çıxarılması təklifini irəli sürüb. /oxu.az

Siyasi       Tarix: 11 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son görüntülər son.xabar xəbər hava proqnozu