Mingəçevirdə həyətləri su basdı, ağaclar aşdı: Xəsarət alan var
Qeyri-sabit havanın Mingəçevirdə yaratdığı fəsadlar aradan qaldırılır.
KONKRET.az xəbər verir ki, bu barədə Mingəçevir Şəhər İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından məlumat verilib.
Qeyd olunub ki, güclü yağış və küləklə başlayan təbii fəlakət şəhər ərazisində selə səbəb olub. Daşqın zamanı fərdi təsərrüfatlara dolan su vətəndaşların əkinlərinə və evlərinə ziyan vurub.
Şəhərin bir neçə küçəsində küləyin təsiri nəticəsində aşan ağaclar yollarda nəqliyyatın hərəkətində məhdudiyyətlər yaradıb. Ağacların aşması nəticəsində bir minik avtomobilinə ziyan dəyib, bir nəfər isə xəsarət alıb.
Həmçinin bildirilib ki, aidiyyəti qurumlarla birgə təbii fəlakət nəticəsində baş verən fəsadlar aradan qaldırılır.
Hazırda şəhərə dəyən ziyanın məbləği hesablanır.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma