Minlərlə insanın bir gündə xəstələndiyi ölkənin Baş naziri: "Hər şey yaxşılığa doğru gedir"
Rusiyada koronavirusla bağlı vəziyyət yavaş-yavaş yaxşılığa doğru gedir.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mixail Mişustin danışıb.
Baş nazir COVID-19 pandemiyası ilə mübarizə mövzusunda aidiyyəti orqanların nümayəndələri ilə keçirdiyi konfransda son üç gündə yoluxma sayınıb azalmaqda olduğunu xatırladıb: "Bu gün ilk dəfə sağalanların sayı gündəlik yoluxma sayından çox olub. Səhiyyə sistemi üzərindəki yük azalmağa başlayıb. Bu da vəziyyətin yavaş-yavaş yaxşılığa doğru getdiyini göstərir".
14 bölgədə məhdudiyyətlər götürülür
Mişustin bildirib ki, 17 bölgə pandemiya səbəbilə tətbiq edilən məhdudiyyətlərin mərhələli şəkildə götürülməsi üçün lazımi kriteriyalara sahibdir: "Onlardan 14-də "ilk mərhələ" çərçivəsində uyğun qərarlar verilib və məhdudiyyətlər götürülür".
Son rəqəmlərə görə, Rusiyada son sutka ərzində 8 min 764 yeni yoluxma, 135 ölüm qeydə alınıb. Bununla da yoluxma sayı 308 min 705-ə, ölüm sayı 2 min 972-yə çatıb. Sağalanların sayı 262 nəfər artaraq 85 min 392 olub.
Zümrüd
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi