"Misli" Azərbaycan futboluna dəstəyini davam etdirir

Azərbaycan Premyer Liqası daha bir mövsüm "Misli"nin sponsorluğu ilə keçiriləcək. 
Peşəkar Futbol Liqası ilə Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azəlotereya"nın "Misli" brendi arasında titul sponsorluğuna dair müqavilənin müddəti uzadılıb. Razılığa əsasən, 2024/2025-ci illər mövsümündə də "Misli" Azərbaycan Premyer Liqasının əsas sponsoru olacaq və ölkə çempionatı "Misli Premyer Liqası" adlanacaq. 
Tərəflər arasında müqavilə rəsmilərin iştirakı ilə keçirilən tədbirdə imzalanıb. İmzalanma mərasimində AFFA-nın prezidenti Rövşən Nəcəf, "Demirören Holding"in İdarə Heyətinin sədri Yıldırım Demirören, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, AFFA, PFL, "Azerlotereya" ASC və futbol klublarının rəsmiləri iştirak ediblər. 
Tədbirdə çıxış edən AFFA-nın prezidenti Rövşən Nəcəf ilk olaraq "Qarabağ", "Sabah" və "Zirə" klublarının avrokuboklarda mərhələ keçmələri və Azərbaycan idmançılarının "Paris-2024" Yay Olimpiya Oyunlarında 2 qızıl medal qazanmaları münasibətilə təbriklərini çatdırıb. 
AFFA-nın prezidenti "Misli" ilə əməkdaşlığın çempionatın daha da maraqlı keçməsi, rəqabətin artması və ən əsası azarkeşlərin stadionlara gəlməsinə kömək edəcəyini bildirib. O, digər şirkətləri və iş adamlarını da Azərbaycan futboluna dəstək olmağa çağırıb. 
Mərasimdə çıxış edən "Demirören Holding"in İdarə Heyətinin sədri Yıldırım Demirören də anlaşmanın Azərbaycan futbolunun beynəlxalq arenada daha da uğurlu təmsil olunmasına töhfə verəcəyinə inamını ifadə edib. Əməkdaşlığın futbolun inkişafı üçün önəmli layihələrin həyata keçirilməsinə xidmət edəcəyini bildirib. 
Daha sonra Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı idmanın ictimai həyatın hər sahəsindəki əhəmiyyətinə diqqət çəkərək idman klublarının dəstəklənməsi və idmanın bütün növlərinin inkişafı istiqamətində səylərin artırılmasının vacibliyi ilə bağlı fikirlərini bölüşüb və bu baxımdan "Demirören Holding"in iştirak etdiyi sponsorluq müqaviləsini son dərəcə dəyərli və mənalı hesab etdiyini vurğulayıb. 
Sonda tərəflər müqaviləyə imza atıblar. Müqaviləni "Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş və Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abasov imzalayıblar. 
Qeyd edək ki, Misli Premyer Liqası bu gün start götürür.
/ azxeber.com

İqtisadiyyat       Tarix: 05 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla


azerbaycan xeberleri yeni xeberler son xeberler axsam.az xeberler qurban bayrami 2026 xəbər az apa.az xeberler