Mixail Qusman: Blogerləri jurnalist saymıram
İnformasiya müharibələri silahlı müharibələrdən fərqli olaraq heç vaxt dayanmır və daha geniş yayılır.
azxeber.com xəbər verir ki, bunu TASS İnformasiya Agentliyinin baş direktoru Mixail Qusman bunu Şuşada II Qlobal Media Forumu çərçivəsində "Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın Əhatə dairəsini müəyyənləşdirmək" mövzusunda paneldə deyib.
Mixail Qusman bildirib ki, peşəkar informasiya blogerlərin məlumatlarından fərqlənir: "Biz peşəkar jurnalistlər olaraq dezinformasiyanın anlayışını bilməliyik. Dezinformasiyalar siyasi olmaqla yanaşı, kommersiya məqsədilə də istifadə olunur. Bu üsuldan həm ayrı-ayrı siyasi qüvvələrə, həm də dövlətlərə qarşı istifadə olunur. Bu amilin günümüzdə daha geniş yayılması həmçinin texnologiyanın inkişafı ilə də əlaqədardır. Burada cəmiyyətin bütün bu amillərə hazır olmaması da mühüm rol oynayır. Peşəkar informasiya hər zaman blogerlərin sosial şəbəkələrdə yaydığı məlumatlardan fərqlənir. Mən blogerləri jurnalist saymıram. Çünki istənilən peşə sahibi ilk növbədə təhsil almalı və bu peşənin məsuliyyətini dərk etməlidir. Mənim təmsil etdiyim agentliyin yaranmasının bu yaxınlarda 120 iliyi tamam olacaq. Onu bu müddətdə ayaqda saxlayan məhz peşəkar yanaşmadır. Çünki TASS-da qeyri-dəqiq məlumatın yayılması mümkün deyil".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat