MN: 'Kəlbəcərdə 8 nəfərin minaya düşdüyü ərazidə təmizlənmə işləri aparılır
"Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər minaya düşdüyü ərazidə hazırda təmizlənmə işləri aparılır".
"Report"un Kəlbəcərə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mayoru Ruslan Səfərov deyib.
O bildirib ki, Kəlbəcərdəki mina partlayışı dekabrın 14-ü saat 18:00 radələrində qeydə alınıb:
"Mülki şirkətə məxsus traktorun minaya düşməsi nəticəsində əraziyə Müdafiə Nazirliyinin təxliyə qrupu cəlb edildi. Dərhal yaralılara ilkin tibbi yardım göstərildi. Xəsarət alanlar ərazidən çıxarılan zaman isə ikinci mina partlaması baş verdi. Bu zaman Müdafiə Nazirliyinin hərbi qulluqçusu şəhid oldu. Daha sonra əraziyə baxış keçirildi, yoxlamalar aparıldı. Burada təhlükəsizlik qismən təmin olundu. Araşdırmalar zamanı məlum oldu ki, ermənilərə məxsus həmin mina tank əleyhinədir. Hazırda ərazi tam bağlanılıb, giriş qadağandır. Ərazidə Müdafiə Nazirliyinin istehkam qrupu ilə yanaşı ANAMA-nın əməkdaşları da təmizləmə işləri aparır".
Xatırladaq ki, bu gün Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bir qrup media nümayəndələri Kəlbəcər rayonunundakı mina partlayışlarının baş verdiyi əraziyə səfər edib. / azxeber.com

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var