Molla İmanla Bəxtiyar Hacıyevin OXŞARLIĞI - Danışan FOTOLARDIR

Molla İmanla Bəxtiyar Hacıyevin OXŞARLIĞI - Danışan FOTOLARDIRİman adlı tanıdığım bir molla var idi. Həmişə ürək ağırısından giley edirdi. Sonra bir müddət görünmədi. Ağlıma gələn ilk bu olmuşdu ki, yəqin dünyasını dəyişib. Amma günlərin bir günü onunla təsadüfən Bakının bulvarında rastlaşdım. Xeyli şux və yaşından bir qədər də cavan görünürdü. Hal-əhval tutandan sonra soruşdum ki, "Deyəsən, əməlli-başlı müalicə almısan. Uzun müddət görmədiyimə görə, öldüyünü zənn eləmişdim". Molla sağ qulağını çəkə-çəkə "Allah eləməsin" deyib ürəyinin əsl dərmanından danışdı. Sözün açığı, danışdıqlarına həmin vaxt əhəmiyyət verməsəm də, Bəxtiyar Hacıyev ətrafında baş verən olaylar nədənsə molla əhvalatını yadıma saldı. O əhvalat ki, sən demə, molla İmanın dünyagörüşü Bəxtiyar Hacıyevin dünyagörüşü ilə tam üst-üstə düşürmüş.
O vaxt molla deyirdi ki, ürəyini müalicə etdirmək üçün Moskvaya gedib. Yaxşı bir həkim onu bir kurs müalicə etdikdən sonra məsləhət verib ki, dini etiqadından əl çəksin, başını sevgi macəraları ilə qarışdırsın ki, ürəyi cavanlaşsın. Bəli, molla mənə elə beləcə də deyirdi. "Bəs sən nə etdin, mollalığın daşını atdın?", – soruşmağa macal tapmamış qayıdasan ki, "Yox niyə ki! Mollalıq sevgi məsələlərinə qarışmır axı! Moskva səfərindən sonra özümə xeyli sevgili tapdım. Elə onlarla sevişməklə ürəyimdəki ağrıları tamam aradan qaldırdım. İndi maşallah, 52 yaşım var, amma dost-tanış mənə uzağı 30-35 yaş verir".
İctimai fəal Bəxtiyar Hacıyevin də ötən gün müxtəlif qadınlarla qeyri-ciddi, şəxsi foto və videogörüntülərinin yayılması Molla İmanın həmin sözlərini yadıma saldı. Bəxtiyar da elə bizim İman kimidir. Onu uzun illər tanıyan birisi kimi deyə bilərəm ki, o, da depressiyasını atmaq üçün çox belə pəstahlardan çıxıb. Dostlarına da həmişə məsləhət bilib ki, harda kimi gəldi, tutub "qaynatsın". Məşhur baş redaktorlardan birinin də dediyi kimi, "Kişi baz olar". Görünən odur ki, elə bu prinsipə Hacıyevlə bərabər onun dostları da sadiqdir.
Molla İmanla Bəxtiyar Hacıyevin OXŞARLIĞI - Danışan FOTOLARDIRBildiyim qədəri ilə Hacıyevsevərlərə onunla bağlı tirajlanmış foto və videogörüntülər böyük zərbə olub. Baxmayaraq ki, sosial şəbəkələrdə "İntim həyatı müzakirə etmək əxlaqsızlıqdır", – deyə bağıranlar da az deyil. Amma burada söhbət intim həyatdan deyil, əsl şərəfsizlikdən gedir və elə buna görə də bu məsələ dostlarını bərk məyus edib.
Çünki yatağa cəlb etdikləri qızlar ya dostunun nişanlısı, ya həyat yoldaşı və ya bacısıdır. Amma ar-namus bilməyən Bəxtiyar Hacıyev və dostları qızların şəkillərini bir-birinə atıb bununla ancaq fəxr edirmişlər. Yaxşı bəs bu hansı əxlaqdandır?! Kim nə deyir-desin, bunun əsl adı əclaflıqdır. Molla İman kimi, dininə, etiqadına xor baxan zatlara ayrı hansı adları vermək olar?!
Molla İmanla Bəxtiyar Hacıyevin OXŞARLIĞI - Danışan FOTOLARDIRBelələri necə arsız-arsız insan hüquqlarından danışır?! Axı yüngül həyat tərzi nə vaxtdan "Kişi baz olar" prinsipi kimi təbliğ olunmalıdır?!
İnsan hüquq və azadlıqlarını qorumaq əqidə, məslək və yüksək əxlaq sahiblərinə ancaq başucalığı gətirər. Yoxsa, əyyaşlıq, ömrünün çox hissəsini porno foto və videolarda görüntüləməklə keçirmək onsuz da korrupsioner və rüşvətxor, özbaşına məmurların "çörəyinə yağ çəkir". Cənablar, hanı mübarizənizin effekti? Ədalətsiz məhkəmələrə qarşı Molla İmanlıq edəcəksinizsə, bəs hüquqları tapdalanan şəxslər kimə üz tutsun?! Ritorik suallar çoxdur və cavablar da gün kimi aydındır. Şəxsən mənim üçün Bəxtiyar Hacıyev tipinin mahiyyəti 20 ildən çoxdur məlumdur. Sadəcə belə iyrənc görüntülərdən sonra Hacıyev nəhayət özünü bütün cəmiyyətə ifşa etdi. İndi qoy hamı bunların kimliyindən əlahəzrət faktlarla xəbər tutsun.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 26 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən görüntülər bu gunun xeberleri cəbhədən video siyaseti xeberler bugun