Moskva yenidən İrəvana XƏBƏRDARLIQ ETDİ: "Bütün qırmızı xətləri keçdiniz"
Moskva yenidən İrəvana xəbərdarlıq edib.
KONKRET.az xəbər verir ki, bu barədə erməni nəşri "Past" məlumat yayıb.
Qəzet yazır ki, ATƏT-in "Minsk qrupu"nun rusiyalı həmsədri İqor Xovayev ötən gün İrəvana gəlib. O, Baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Məlumata görə, Xovayev Ermənistan hakimiyyətinə xəbərdarlıq edib ki, Moskva, xüsusən də Paşinyanın son bəyanatından ciddi qıcıqlanıb.
"Belə çıxır ki, Rusiyanın Ermənistanda hərbi mövcudluğu Ermənistan Respublikasının təhlükəsizliyinə nəinki zəmanət vermir, əksinə, təhlükə yaradır.
Rusiyada hesab edirlər ki, Paşinyan artıq "bütün qırmızı xətləri" keçib. Mənbələrimizin bildirdiyinə görə, bu hal Ermənistanın indiki hakimiyyətini çox narahat edib. Və bu görüşdən sonra, xüsusən də Ermənistanın XİN rəhbəri və müdafiə naziri rusiyalı həmkarlarına zəng vurmağa tələsiblər.
Əldə etdiyimiz məlumata görə, Paşinyanın Aİ müşahidəçilərinin Ermənistan və Rusiyanın Azərbaycana qarşı birgə təcavüzkar hərəkətlər etməyəcəyinə əmin olmaq üçün Ermənistana gəlməsi barədə bəyanatı Moskvanı da qəzəbləndirib. Moskvada bu, Ermənistanda Rusiya Federasiyasının mövcudluğuna Qərbin nəzarəti kimi qəbul edilir", – deyə qəzet yazır.
Xuraman Etibarlı,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir