Moskvada məşhur qəzetin binasına BASQIN EDİLDİ
Moskvada "Moskovski Komsomolets" qəzetinin fəaliyyət göstərdiyi binada silahlı və maskalı şəxslərin iştirakı ilə ciddi insident qeydə alınıb. Binaya daxil olan naməlum qrup heç bir rəsmi sənəd təqdim etməkdən və məqsədlərini açıqlamaqdan qəti şəkildə imtina edib.
KONKRET.az xəbər verir ki, qəzetin baş redaktoru Pavel Qusev hadisənin təfərrüatları barədə danışıb. Onun sözlərinə görə, maskalı şəxslər birbaşa media qurumunun redaksiyasına deyil, binada icarəçilərin yerləşdiyi korpusa daxil olaraq üçüncü mərtəbəni nəzarətə götürüblər.
"Əllərində silah və çəkic olan maskalı şəxslər üçüncü mərtəbəni şkaflarla bağlayaraq barrikada qurublar", – deyə baş redaktor hadisə anını təsvir edib.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. İlkin araşdırmalara görə, baş verən insidentin qəzetin jurnalist fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Hazırda redaksiya heyəti öz işini normal rejimdə davam etdirir.
Natiq Səlim,
KONKRET.az

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?