Mübariz Qurbanlı "Məşədi Dadaş" məscidi dini icmasının üzvləri ilə görüşdü
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Bakı şəhəri Nəsimi rayonu "Məşədi Dadaş" məscidi dini icmasının üzvləri ilə görüşüb.
Dövlət Komitəsindən azxeber.com-a verilən xəbərə görə, DQİDK-nın sədri çıxış edərək Azərbaycan dövlətinin dini, milli-mənəvi dəyərlərimizin inkişafı, dini ibadət yerlərinin tikintisi və bərpası istiqamətində görülən işlərdən, dini icmalara göstərilən qayğıdan danışıb. Bildirib ki, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına xüsusi önəm verilir, dini etiqad azadlığının təmin olunması, dindarların dini ayin və mərasimlərini sərbəst yerinə yetirməsi üçün hər cür şərait yaradılır, onlara lazımi qayğı göstərilir.
Dövlət Komitəsinin sədri dini icma üzvləri ilə icmanın gələcək fəaliyyəti, "Məşədi Dadaş" məscidinə yeni imam təyinatı, eyni zamanda qarşıda duran məsələlər barədə ətraflı müzakirələr aparıb.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
Ukrayna Krımda dəmir yolu körpüsünü vurdu