Müdafiə nazirinin yeni müşaviri, əfsanəvi general Bəxtiyar Ersay kimdir? – DOSYE

Müdafiə nazirinin yeni müşaviri, əfsanəvi general Bəxtiyar Ersay kimdir? – DOSYETürkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-polkovnik Bəxtiyar Ersay Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri təyin edilib.
O, Müdafiə Nazirliyinin bu gün keçirilən Kollegiya iclasında məhz Zakir Həsənovun müşaviri kimi çıxış edib.
azxeber.com musavat.com-a istinadən Bəxtiyar Ersayın Türkiyədəki əfsanəvi hərb yolunu təqdim edir:
Polkovnik Bəxtiyar Ersay Türkiyədə Balyoz hadisələri zamanı həbs edilib, barəsində 16 il həbs qərarı çıxarılıb. Həbsinin 31-ci ayında azadlığa çıxan polkovnik qısa müddət sonra general rütbəsi alır və briqada komandanı təyin olunur.
O, başına gələn müsibətlərdən sonra mükafatlandırılması və ya orduda ona ehtiyac duyulmasına çox təvazükar şəkildə "Mən türk zabitiyəm. Belə yetişdirildim. Dövlətdən küsmək olmaz. Bəli, başımıza haqsız işlər gəldi. Allaha verərkən yaxşı, alarkən pis deyilə bilmədiyi kimi, dövlətədə verərkən yaxşı, alarkən pis demək olmaz. Biz hər şərtlərdə "Vətən sağ olsun",- deyə yetişdirildik",- cavabını verib.
Polkovnik Bəxtiyar Ersay FETÖ-nün 15 iyun 2015-ci ildəki dövlət çevrilişi cəhdindən sonra general-mayor rütbəsi alıb.
16 iyul çevrilişindən iki həftə sonra Haqqari-Çukuca 2 Sərhəd Birqadasının komandanı təyin edilib. İlk vəzifəsindən biri Kaletepe bölgəsində toplanan və hücum planları həyata keçirən PKK qrupunu zərərləşdirmək olub.
Yüzlərlə PKK terrorçusunu özündə birləşdirən bu qrup 7 dəfə sərhədi pozmağa çalışıb. General B. Ersayın komandanlığındakı briqada PKK terrorçularının gözləmədiyi halda əməliyyat keçirib.
Məlumatlarda qeyd edilir ki, bu əməliyyatla 207 terrorçu məhv edilib. Əməliyyat zamanı general Ersay Kaletepe Dağbaşında əsgərləri ilə günlərlə birlikdə yatıb, birlikdə yeyib, onlarla birlikdə savaşıb.
General əslən Türkiyənin Tunceli bölgəsinin Çemisgezek mahalındandır.
Ersay ilk hərbi təhsilini İşıklar hərbi liseyində alıb. Daha sonra isə hərbi akademiyaya qəbul olub.
Hərbi məktəbi artilleriya üzrə başa vurub və leytenant rütbəsi alıb. O, kapitan rütbəsində hərbi akademiyanı bitirib. Hərbi ataşşe olaraq Tunisdə xidmət etdiyi illərdə də diqqət mərkəzində olub.
Müəmmar Qəddafinin ölümü ilə Liviya və Tünisdə başlayan qarmaqarışıq hadisələr zamanı minlərlə türk vətəndaşının bu ölkədən sağ-salamat təxliyəsini təmin edən əməliyyatın başında B. Ersay dayanıb.
Azərbaycana gəlməzdən öncə Türkiyədə PKK-ya qarşı ən böyük əməliyyatlar həyata keçirən generallardan biri də B. Ersaydur.
General B. Ersayın sonuncu vəzifəsi Türkiyədəki sonuncu vəzivəsi Quru Qoşunları müavininin əməliyyat məsələləri üzrə müavini olub.
Ersay hər zaman dağlarda düşmənlə üz-üzə gəlib və hər dəfə də düşmənə ağır məğlubiyyət yaşadıb.
2021-ci ildən Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi, general-mayor Bəxtiyar Ersay Azərbaycanda Xidmət Qrupu Komandanlığında xidmətə başlayıb.

Sosial       Tarix: 11 dekabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbərlər maşın realiti şou ən son xəbər son xeberler azerbaycan