Müğənni Nigar Süleymanova Xalq artistini hədələdi: "Məhkəmə qarşısında cavab verəcəksiniz
Müğənni Nigar Süleymanova Xalq artistini hədələdi: "Məhkəmə qarşısında cavab verəcəksiniz"
"Adıma dediyiniz sözün nə mənaya gəldiyini və bu söhbəti böyütsək söhbətin haralara gedəcəyini düşündünüz görəsən? Məni kimlərlə qarışdırırsınız? Xalqımı satmışam məgər? Və ya vətənimə xəyanət etmişəm? Bəlkə satqınlıq edən zaman yanımda olmuşunuz? Nəyə əsasən bu fikirləri səsləndirmisiz?"
Bu fikirləri Bizim.Media-ya açıqlamasında müğənni Nigar Süleymanova Xalq artisti Əbdül Mahmudov barədə deyib. İfaçı onu da əlavə edib ki, Əbdül Mahmudov qalmaqal üçün darıxıb gündəmə gəlmək üçün onu hədəf olaraq seçib:
"Amma bu sözlərinizin cavabını verəcəksiniz. Lazımdırsa, burada, lazımdırsa, məhkəmədə hakim qarşısında. Siz birinci gedin yaşınıza hörmət edin, sonra nəyəsə rəy bildirərsiniz".
Qeyd edək ki, müğənni Nigar Süleymanovanın "Dəli divanə" klipi barədə iradlarını bildirən Xalq artisti Əbdül Mahmudov "Belələri bu millətə ermənidən, farsdan daha çox ziyan vurur", deyə fikirlər səsləndirmişdi.
Tanınmış rejissorun bu fikirləri ifaçının qəzəbinə səbəb olub və bununla bağlı öz mövqeyini açıqlayıb. Nigar Süleymanova, həmçinin klipdə cinsi azlıqların təbliği məsələsinə də toxunub:
"Orada nə var ki, qız mənim yanağımdan öpür. Bunun cinsi azlıqla heç bir əlaqəsi yoxdur. Mən cinsi azlıqları təbliğ etməmişəm. Sadəcə o görüntülərin çəkilməsini mən istəmişəm. Bunu məndən kimsə istəməyib". / oxu.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var