Müğənni Şineyd O'Konnor vəfat edib
Müğənni Şineyd OKonnor vəfat edib
İrlandiyalı müğənni və bəstəkar Sinead OCon Şineyd OKonnor 57 yaşında vəfat edib.
Bu barədə ifaçının ailəsinin yaydığı məlumatda deyilir.
"Əziz Şineydin vəfatını böyük hüznlə elan edirik. Onun ailəsi və dostları kədərlənir və bu çox çətin vaxtda onların şəxsi həyatına hörmət edilməsini xahiş edirlər", - bəyanatda bildirilir.
Qeyd edək ki, OKonnor uzun müddət ruhi xəstəliklə mübarizə aparıb, intihara cəhd edib.
Onun ölüm yeri açıqlanmayıb. Məlumata görə, son vaxtlar müğənni əsasən ölkənin şimalındakı Roskommon qraflığında və ya Londonda yaşayıb.
Xatırladaq ki, 1990-cı ildə OKonnor ikinci studiya albomu olan "I Do Not Want What I Havent Got" üçün Qremmi mükafatı alıb. Bu alboma daxil edilən "Nothing Compares 2 U" mahnısı dünya miqyasında hitə çevrilib. Ümumilikdə, ifaçı 10 studiya albomu yazdırıb.
Müğənni bir neçə dəfə adını dəyişib. 2018-ci ilin sonlarında OKonnor müsəlman olduğunu bildirib və Şühəda adını qəbul edib.
O, dörd dəfə evlənib və dörd övlad sahibi olub. 2022-ci ilin yanvarında onun 17 yaşlı oğlu Şeyn intihar edib.
Mənbə: TASS / oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var