Müğənnidən ETİRAZ: "Efirlərimiz arvad bazarı, qeybət yeri olub
Müğənnidən ETİRAZ: "Efirlərimiz arvad bazarı, qeybət yeri olub"
"Efirlərimizdə bu gün elə aparıcılar var ki, aparıcılıq etməsələr, daha yaxşı olardı. Əlbəttə ki, bu sözlərim hər aparıcıya aid deyil. İnsanlar şəxsi həyatlarını, öz ayıblarını verilişlərdə açıb-ağardırlar, aparıcılar da onlara şərait yaradır. Allah ayıbları örtəndir. Deyirlər ki, sən başqasının ayıbını ört, Allah da sənin ayıbını örtər. Bu gün efirlər ayıb açır. Və yaxud da insanlar öz xanımlarının, qayınanalar öz gəlinlərinin, xanımlar öz ərlərinin, gəlinlər qayınanalarının ayıblarını açırlar".
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Xuraman Şuşalı deyib. O daha sonra əlavə edib:
"Düşünürəm ki, buna ciddi nəzarət olmalıdır. Efirlərimiz qeybət yeri, arvad bazarı olub. Çox istərdim ki, efirlərimizdə bunlar olmasın. Mədəniyyətimizin, musiqimizin gözəl tərəfləri göstərilsin. Oxuya bilməyənlər bu gün ekrandadır, efirlərə bəh-bəhlə dəvət alırlar. Onlar sosial şəbəkədə pul verib müəyyən səhifə və saytlara özlərini təriflədirlər. Gərək efirə gəlib çıxmazdılar. Reytinq xətrinə bunları etməməlidirlər".
Müğənni bildirib ki, insan həyatını elə yaşamalıdır ki, öləndən sonra onu yaxşı yad etsinlər:
"İnsanın həyatında elə hadisələr baş verir ki, onun üstündən ötüb keçmək olar. Elə hadisələr də olur ki, həmin şəxs dünyasını dəyişəndən sonra da arxasınca danışılır. Sağlığında həmin insan o şəxsin həyatında elə kədərli izlər buraxıb ki... Bəlkə də o şəxsin ölən şəxsin arxasınca danışmağı normaldır. Nəticədə insan o şəxsin onun həyatında olub, həyatını məhv etdiyinə görə danışır. İnsan gərək həyatını elə yaşasın ki, öləndən sonra ona rəhmət deyilsin, rəhmətlə anılsın. Onlar gözləməsinlər ki, insanlar o öləndən sonra sağ ikən danışa bilmədiklərini danışsın. Çox təkəbbürlülük də bir şey deyil. Allah bir daha göstərir ki, təkəbbürlü olmayın. Təkəbbürlü olanların, sağlığında fironluq etmək istəyənlərin öləndən sonra da arxasınca danışanlar olur. Vaxtında gərək insanı əzməyəsən. Əzirsənsə, yoxluğunda da o şəxslər danışacaq. Deməsələr, əlbəttə ki, daha yaxşı olar. Allah bizə elə ömür nəsib etsin ki, ölüb gedəndən də sonra gözəl yad edilək".
Xuraman Şuşalı ona atılan daşlara bir çox hallarda cavab vermədiyini bildirib:
"Kim nə istəyir desin, kim nə istəyir danışsın. İnsan ağzını açanda söylədiyi fikirlərlə özünü təqdim edir. Bu gün ağıllı insanlar digərlərinin danışdıqlarına deyil, əməllərinə, addımlarına, yaşantılarına baxıb qiymət verirlər. Ona görə də danışanlar, müzakirə edənlər, əslində, özlərini görsələr, dəyişərlər. İnşallah, onlar da düzəlib yararlı işlərlə məşğul olarlar". / oxu.az
Xidmetler [newsid: 0-123300]

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var
Cəbrayılda şirkət işçilərinin yaşadığı tikilidə yanğın oldu