"Müharibə Cənubi Qafqazda geosiyasi vəziyyəti dəyişdirəcək və Azərbaycan aparıcı rol oynayacaq" - MÜSAHİBƏ

"Müharibə Cənubi Qafqazda geosiyasi vəziyyəti dəyişdirəcək və Azərbaycan aparıcı rol oynayacaq" - MÜSAHİBƏ"Müharibə Cənubi Qafqazda geosiyasi vəziyyəti dəyişdirəcək və Azərbaycan aparıcı rol oynayacaq" - MÜSAHİBƏ
Dünyada çox az adam Azərbaycanın bu qədər güclü hərbi potensiala malik olduğunu tam təsəvvür edə bilirdi.
Bu barədə İstanbulda yaşayan politoloq Ramiyə Məmmədova Media.Az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, işğal olunmuş əraziləri azad etmək üçün gedən döyüş əməliyyatları zamanı Azərbaycan ordusunun həm texnika, həm də döyüşçülərin hazırlığı baxımından nə qədər güclü olduğu aydın göründü.
"Burada təəccüblü heç nə yoxdur, çünki Azərbaycanın hərbi büdcəsi ayrı-ayrı ölkələrin dövlət büdcəsini üstələyir. Avropa dövlətləri də daxil olmaqla, dünyada nadir ölkələr bu qədər uğurlu hərbi əməliyyatlar aparmaq iqtidarındadırlar. Bundan əlavə, heç kim Türkiyənin Azərbaycana bu qədər açıq və ardıcıl dəstək verəcəyini gözləmirdi. Təbii ki, burada Türkiyənin bölgədəki geosiyasi maraqlarını da gözardı etmək olmaz. Azərbaycanın hərbi uğurları Türkiyəyə təkcə Yaxın Şərqdə deyil, Cənubi Qafqazda da nüfuzunu genişləndirməyə imkan verəcək. İqtisadi maraqları, xüsusən də Türkiyənin Cənub Qaz Dəhlizi layihəsindəki iştirakını da unutmaq olmaz", - deyə ekspert qeyd edib.
Humanitar atəşkəsdən bəhs edən politoloq bildirib ki,  Ermənistan bunun arxasında gizlənib, mülki əhaliyə faşistcəsinə hücum edib.
"Onlar ümid edirdilər ki, Azərbaycan Gəncənin atəşə tutulmasına cavab verəcək və bununla da üçüncü qüvvələrin münaqişəyə müdaxiləsi üçün bəhanə verəcək. Heç kimə sirr deyil ki, Ermənistan KTMT-ni hərbi əməliyyatlar səhnəsinə cəlb etməyə hazırlaşırdı. Ancaq bu artıq mümkün olmayacaq. Xatırlayaq ki, rəsmi Kreml Rusiya mətbuatında Türkiyə və Azərbaycan əleyhinə olan açıqlamalara baxmayaraq, açıq şəkildə münaqişəyə müdaxilənin olmayacağını bildirdi. Üstəlik bu məqam dəfələrlə vurğulandı", - deyə R.Məmmədova qeyd edib.
Müsahibimiz vurğulayıb ki, ATƏT-in Minsk Qrupu ikili standartları əsas tutdu və 30 ildir heç nəyə nail ola bilmədi.
"Türkiyə danışıqları ölü nöqtədən tərpədə bilərdi. Ancaq mən düşünmürəm ki, yaxın günlərdə bu mümkün olacaq. Dünya birliyinə gəlincə, onlar ənənəvi olaraq sülhməramlı siyasətə sadiqdirlər. Bəzi Avropa ölkələrinin bölgədə enerji və infrastruktur layihələri ilə bağlı öz maraqları var. Ancaq Rusiyanın təsirini də nəzərə alaraq açıq şəkildə müdaxilə etmirlər", - deyə ekspert söyləyib.
Türkiyəli politoloq, Ermənistanın davamlı olaraq qondarma "DQR"in öz müqəddəratını təyinetmə məsələsini gündəmə gətirdiyinə vurğu etdi.
"Lakin Ermənistan özü separatçı qurumun müstəqilliyini tanımadı, çünki bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Bu, Nikol Paşinyanın siyasətinin iflasa uğramasıdır. Azərbaycan isə getdikcə daha da inamla torpaqlarını geri qaytarır. Bu Müharibə Cənubi Qafqazda geosiyasi vəziyyəti dəyişdirəcək və Azərbaycan regionda aparıcı rol oynayacaq", - deyə R.Məmmədova fikrini tamamlayıb.   /oxu.az

Siyasi       Tarix: 23 oktyabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal


son xeberler yeni xeberler azerbaycan xeberleri oxu.az xeberler cəbhədən son xeber kriminal xeberler son xəbərlər