Murad Dadaşov: "Biz "Sarı gəlin"i müzakirə edənə qədər ermənilər bütün mahnılarımızı apardılar

Murad Dadaşov: Murad Dadaşov: "Biz "Sarı gəlin"i müzakirə edənə qədər ermənilər bütün mahnılarımızı apardılar"
"Mədəniyyətimiz o qədər dərindir ki, heç özümüz də o dərinliyə gedib çıxa bilmirik. Əsas məsələ hər şeyin əlçatan olmasıdır. Bəli, yeni, müasir ifaçılarımız var, amma onlar rəqabətə dözümlüdürmü, ya yox? Prodüser kimi deyirəm ki, dünyaşöhrətli, birnömrəli ulduzlar var. Azərbaycan estradasında olan biri xarici ölkədə böyük uğur qazana bilməz. Çünki bizim auditoriyamız bizi öz dilimizdə sevir. Bu çox gözəl haldır. O deməkdir ki, dilimiz, musiqimiz də möhkəmdir".
Bunu Axsam.az-a açıqlamasında Xalq artisti, Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov deyib. O,  hazırda musiqi sahəsində olan problemlərdən söz açıb.
Dadaşov bildirib ki, estradada çatışmazlıqlar çoxdur:
"Bizim ulduzlarımız daxili bazar üçün işləyirlər, özləri dolanırlar, onların böyük musiqi prodüserləri yoxdur. Biz bu bazarı yavaş-yavaş dünyaya açacağıq. Çünki biz dünyaya indi tam başqa, qalib ölkə kimi gəlmişik. Bizim ölkəmiz abidələrimiz və gözəl yeməklərimizdən əlavə musiqimizlə də tanınmalıdır. 
Ən əsas məsələ isə müəllif hüquqlarıdır. Onları qorumalıyıq. Bir "Sarı gəlin" əhvalatı bizə dərs olmalıdır. Düşmənlərimiz bunu ortaya atdılar. Biz onu müzakirə edənə qədər digər bütün mahnılarımızı apardılar. Bu o deməkdir ki, biz musiqimizi qorumalıyıq". 
M.Dadaşov "Çox vaxt müğənnilərin şikayətləndiyini görürük. Musiqi Forumunda heç bir estrada ifaçısını bir təkliflə görmədik, qatılmadılar. Təkcə Namiq Qaraçuxurlu yer alırdı, o da heç bir təklif və ya irad irəli sürmədi" sualına Dadaşov belə cavab verib:
"Dünyanın ən böyük fili biologiya elmləri namizədi deyil. Sən yaxşı müğənni, futbolda oyunçu ola bilərsən. O demək deyil ki, sən məşqçisən. Onlar yaxşı ifaçıdırlar, ola bilsin ideyaları yoxdur. Dünən oxudum, bu gün çıxış edim olmur. Bu forum onlara bir təkan verər. Gələcəkdə yaxşı təklifləri ola bilər".
M.Dadaşov müğənnilərin verilişləri bəyənməməsi, proqramlara qatılmamaq istəməməsi probleminə də toxunub:
"Gülməlidir. İndiki mətbuata, tamaşaçıya çatmaq üçün televiziya lazım deyil. Mən televiziyada işləməsəydim "Youtube"da kanal yaradardım. Rəqabətə girərdim. Orada dəqiq bilərdim kim mənə baxır. Şikayət etməyə hamı öyrəşib. Bitdi şikayət vaxtı. İndi kim-kimi tutub saxlayıb? Senzura da yoxdur. İndi bilinir ki, kim savadlıdır, nə edir, nə bacarır". / oxu.az

Şou Biznes       Tarix: 31 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə


azerbaycan xeberleri son xeberler yeni xeberler son xabarlar sonxeber az valyuta ensonxeberler