Musa yubandığı üçün başqa hücumçu aldılar
Azərbaycanlı futbolçu Musa Qurbanlının bir müddət öncə müqavilə imzaladığı "Yurqorden" klubu yeni hücumçu transfer edib.
KONKRET.az xəbər verir ki, 21 yaşlı Noel Milleskogu ilə 3,5 illik müqavilə imzalanıb. Sonuncu klubu "Örebro" olan Noel 2023-cü ildə 13 oyuna çıxıb və 5 qol vuraraq 1 məhsuldar ötürmə edib.
Klubun idman direktoru Bosse Andersson gənc forvardın tələm-tələsik heyətə cəlb olunmasını "Malmö" ilə derbi matçına hesablandığını bildirib.
Görünür, vətənə yaxınları ilə görüşmək, həmçinin birdəfəlik səfər hazırlığı görmək üçün dönən Musanın Stokholma qayıdışı yubandığı üçün "Yurqorden" alternativ axtarmağa məcbur olub. Musa hələ də yeni komandasının düşərgəsinə qayıtmayıb.
Qeyd edək ki, Musa Qurbanlı iyunun 5-də "Yurqorden"lə 3 illik müqavilə imzalayıb. Onun yeni komandası "Malmö" ilə İsveç çempionatının 15-ci turu çərçivəsində iyulun 17-də qarşılaşacaq.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi