"Müştəridən pis qoxu gəlirdi" - Bakıda gəlinlik salonunda dava

Bakının Nizami rayonundakı ticarət mərkəzində dava olub.
KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə "Laçın" Ticarət Mərkəzindəki "Nur" gəlinlik salonunda baş verib.
Bakı şəhər sakini Afət Babayeva gəlini Aydan (ad-soyad şərti verilib – red.) ilə birlikdə nişan geyimi seçmək üçün həmin salona gəlib.
Bu zaman orada satıcı işləyən 1986-cı il təvəllüdlü Aysu Əliyeva ilə aralarında mübahisə yaranıb.
Mübahisə zamanı satıcı Afətin sağ qol nahiyəsinə vuraraq xəsarət yetirib.
Aysunun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə iş qaldırılıb və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə izahat verən zərərçəkmiş Afət Babayeva bildirib ki, gəlinləri ilə birlikdə nişan paltarı almaq məqsədilə "Laçın" Ticarət Mərkəzində yerləşən gəlinlik yerinə gedib: "Mağazada bəyəndiyim libası geyinərək yoxladıqdan sonra bəyənmədiyimi bildirdim. Bu zaman mağazanın satıcısı yaxınlaşaraq sağ qol nahiyəmdən bərk çimdiklədi, mənə xəsarət yetirdi".
İş üzrə izahat verən Aysu isə özünü ittiham üzrə təqsirli bilməyib. O bildirib ki, hadisə günü işlədiyi gəlinlik mağazasına iki nəfər yaxınlaşıb: "Zərərçəkmiş şəxs bəyəndiyi libası geyinərək yoxladıqdan sonra çıxartdı. Həmin vaxt ondan xoşagəlməz qoxu gəldiyini hiss etdim və bu səbəbdən xanımla aramızda mübahisə yarandı. Ona qarşı hər hansı zorakılıq tətbiq etməmişəm, ona vurmamışam. 3 il müddətində qaydasız döyüşlə məşğul olmuşam. Əgər onu vursaydım, ağır xəsarət yetirərdim".
Nizami Rayon Məhkəməsinin qərarı ilə Babayevanın əməli İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib.
Hökmə əsasən, onun barəsində həmin maddə ilə başlanmış inzibati icraata İnzibati Xətalar Məcəlləsinin 38.1-ci və 38.3-cü maddələrində nəzərdə tutulan müddətlər keçdiyinə görə xitam verilib.

Hadisə       Tarix: 31 avqust 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

14 yaşlı qız dəm qazından boğuldu - FOTO

Zaqatalada yeniyetmə dəm qazından boğulub. xəbər verir ki, hadisə Zaqatala şəhərində qeydə alınıb. Şəhər sakini, 14 yaşlı Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır

"Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR

Paytaxtın Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası baş

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib

Ödənişli yolda yük maşını aşdı - Ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda yol-nəqliyyat qəzasının baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. KONKRET.azxəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Sumqayı

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Biləsuvarda ağır yol qəzası olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1986-c

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə

Kişi arvadını və 3 yaşlı uşağını bıçaqladı

Lənkəran şəhərində kişi həyat yoldaşına və azyaşlı oğluna bıçaqla xəsarət yetirib. KONKRET.azTeleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində, "Müəllimlər Binası" kimi tanınan yaşayı


azerbaycan xeberleri son xeberler yeni xeberler cebheden xeberler xəbərlər.com cəbhədən son xəbərlər 2026 xeberler bugun