"Müştərilər bilirlər ki,onlar AccessBank-ın düşüncə və fəaliyyətinin mərkəzindədirlər

AccessBank-ın Müşahidə Şurasının üzvü Andrea Haqmann müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Xanım Haqmann, sizcə, Access Bank 20 illik tarixi ərzində Azərbaycan iqtisadiyyatına hansı sosial təsir göstərib?
- İqtisadiyyatın hərəkətverici qüvvəsi və onu böhran vəziyyətlərində daha dayanıqlı edən MKOB-lardır (Mikro, Kiçik və Orta Bizneslər). Buna görə də bu sektoru adekvat maliyyə xidmətlərilə təmin etmək çox vacibdir.
20 il əvvəl AccessBank MKOB-lara  kömək etmək məqsədilə yaradılıb və bununla da Azərbaycanda daha inklüziv maliyyə sisteminə töhfə verilib. Bank ixtisaslaşmış maliyyə məhsulları təklif sağlam və sabit MKOB-ların inkişafında mühüm rol oynayıb. Bu gün bank, xüsusi maliyyə dəstəyinə ehtiyacı olan kiçik bizneslərə xidmət göstərməkdə geniş biliyə və uzunmüddətli təcrübəyə malikdir. Bank işçiləri daim müştərilərinin dəyişən ehtiyac və tələblərini anlamaq və bank məhsullarını təkmilləşdirmək üçün çalışırlar. Bu, son illərdə üzləşdiyimiz sürətlə dəyişən dövrlərdə xüsusilə vacibdir.
AccessBank bir tərəfdən öz xidmətləri ilə mikro və kiçik biznesi maliyyə sisteminə daxil etməklə iqtisadiyyatın daha dayanıqlı olmasına töhfə verir. Digər tərəfdən isə, bu müəssisələrə keyfiyyətli iş yerlərinin və əhali üçün sabit gəlirin yaradılmasında dəstək olur.
- AccessBank uzun müddətdir ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini təbliğ edir. Sizcə, bu vacibdirmi və nə üçün maliyyə qurumu buna diqqət yetirməlidir?
- Dayanıqlı İnkişaf Məqsədləri (DİM) 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən yoxsulluğa son qoymaq, planeti qorumaq və 2030-cu ilə qədər bütün insanların sülh və firavanlıq şəraitində yaşamasını təmin etmək üçün universal fəaliyyət çağırışı kimi qəbul edilib. 
Əgər biz bu çox iddialı məqsədlərə çatmaq istəyiriksə – və cəmi 8 ilimiz qalıbsa – hər kəs və hər bir qurum buna öz töhfəsini verməlidir. Bu kontekstdə AccessBank öz məsuliyyətini dərk edir və bir çox cəhətdən öz töhfəsini verir.
AccessBank-ın əsas məqsədi MKOB-lara maliyyə xidmətləri göstərməkdir və beləliklə, bank DİM 8-ə öz töhfəsini verir. Bu, inklüziv iqtisadi artımın təşviqi və bu şirkətlərdə məhsuldar və layiqli iş yerlərinin yaradılması ilə əlaqədardır. Hər bir iş gəlir mənbəyidir və daha yaxşı yaşayış şəraitinə gətirib çıxarır, buna görə də bank xidmətləri dolayı yolla yoxsulluğun aradan qaldırılması ilə bağlı DİM 1-ə də kömək edir.
Lakin AccessBank tərəfindən DİM-lərin nailiyyətlərini dəstəkləyən çoxsaylı digər bank xidmətləri də mövcuddur. Kənd təsərrüfatı müştəriləri üçün bank məhsulları ilə aclıq və bərabərsizliklərin azaldılması ilə bağlı DİM-lər (DIM2 və DIM10) dəstəklənir.
Nəhayət, onu da qeyd etmək istərdim ki, AccessBank öz xidmətləri ilə qadınların səlahiyyətlərinin artırılmasını fəal şəkildə təşviq edir və bununla da qadınların səlahiyyətlərinin artırılmasının təşviqi ilə bağlı  DİM 5-ə öz töhfəsini verir. Bu yaxınlarda Bank Azərbaycanda ilk bank olaraq BMT-nin Qadınların Gücləndirilməsi Prinsiplərinə qoşularaq bu sahədə qabaqcıl rolunu əyani şəkildə nümayiş etdirdi. BMT-nin Qlobal Sazişi və Qadınlar üzrə Agentliyi tərəfindən hazırlanan Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri (WEPs)  şirkətləri beynəlxalq əmək və insan hüquqları standartları barədə məlumatlandırır və müəssisələri gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasına dəvət edir.  
- Yaxın 15 ildə AccessBank-dan gözləntiləriniz nədir?
- Yeni tələblərə və ehtiyaclara uyğunlaşmaq başda bankçılıq sektoru olmaqla bütün sahələr üçün zəruri olacaq. Düşünürəm ki, AccessBank kimi dinamik və çevik qurumlara Azərbaycandakı MKOB-ları və pərakəndə müştəriləri dəstəkləmək üçün hər zamankındən daha çox ehtiyac duyulacaq. Bu gün AccessBank bu rolu oynamaq üçün ideal infrastruktura malikdir. Hər şeydən əvvəl onun yüksək ixtisaslı əməkdaşları və peşəkar idarəetmə komandası var. Onlar birlikdə müştərilərə ən yüksək şəkildə xidmət göstərirlər. İkincisi, Bank korporativ idarəetmə və şəffaflıq sahəsində ən yaxşı təcrübə standartları ilə önə çıxır.
Müştərilər bilirlər ki, onlar AccessBank-ın düşüncə və fəaliyyətinin mərkəzindədirlər. Beləliklə, məhsulların innovasiyası və rəqəmsallaşdırılması Bankın fəaliyyətinin bir hissəsi olacaq. Eyni zamanda, bank üçün təhlükəsizlik sistemləri və məlumatların qorunması mühüm əhəmiyyət kəsb edəcək. / azxeber.com

İqtisadiyyat       Tarix: 22 dekabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə


son xeberler yeni xeberler azerbaycan xeberleri gunun xeberleri dunyada son xeberler son xeberler bu gun cebheden xeber