Müxtəlif ölkələrdə dini abidələrin sökülməsi faktları

Müxtəlif ölkələrdə dini abidələrin sökülməsi faktlarıVətən müharibəsi nəticəsində işğaldan azad edilən ərazilərdəki vəziyyət Azərbaycanın tarixi, mədəni və dini irsinin Ermənistanın dövlət səviyyəsində dəstəklənərək qəsdən məhv edilməsini bir daha sübut etdi.
Publika.az xəbər verir ki, işğal olunmuş ərazilərdə mədəni təmizləmə aparan ermənilərin bir neçə il öncə Cəbrayılda tikdikləri ibadətgah ətrafında yaratdıqları ajiotaj gülünc doğurur. Ən azından 44 məbəd, 473 tarixi məkan, saray və muzeyi dağıdan ölkənin Azərbaycanı ittiham etmək üçün nə hüquqi, nə də mənəvi haqqı var.
Bütövlükdə dünyada müəyyən səbəblərdən dini abidələr sökülür. Siyasi şərhçi Kamal Sultanov son illərdə məscidlərin, sinaqoqların və kilsələrin bu və ya digər səbəbdən sökülməsinin siyahısını təqdim edib. O, qeyd edib ki, 2016-cı ildə Fransada Kale şəhəri yaxınlığında yerləşən miqrant düşərgəsindəki məscid qanunsuz tikili bəyan edilərək dağıdılıb.
Rusiyanın müxtəlif şəhərlərində də məscidlər müxtəlif səbəblərdən sökülüb. İlk hadisə 2011-ci ildə Moskva şəhərində baş verib. Vipolzov döngəsində 1894-cü ildə tikilən məscid səbəb göstərilmədən dağıdılıb.
Belə ki, iki il öncə Kalininqrad vilayətində tikinti icazəsi olmadığı səbəb göstərilərək bölgədəki yeganə müsəlman ibadət evi sökülüb. 2020-ci ildə Stavropol diyarının Nevinnomıssk şəhərində məscid qanunsuz tikili göstərilərək sökülüb. 2019-ci ildə, Yekaterinburq şəhərində Buz Arenasının inşasına maneçilik törətdiyi üçün "Nur-Usman" məscidi bir gecədə sökülüb.
Rusiyanın Novıy-Urenqoy şəhərində bir zamanlar Rusiyanın Asiya bölgəsindəki müsəlmanların ruhani idarəsinin bir hissəsi olan, Yamalın ən köhnə "Nur İslam" məscidi isə 2015-ci ildə dağıdılıb.
Bundan başqa Rusiyanın şimal paytaxtında, Sankt-Peterburq şəhərində "Müqəddəs Nikolay" pravoslav məbədi qanunsuz tikili olduğu üçün söküləcək.
Kamal Sultanovun təqdim etdiyi siyahıya əsasən Avropada da analoji hadisələr baş verib. Belə ki, 2019-cu ildə Polşanın Novı-Tarq şəhərində sinaqoq qeydiyyata alınmadığı üçün sökülüb. Böyük-Britaniyanın Seyl şəhərində yeni tikili ərsəyə gətirmək üçün sinaqoqun dağıdılması planlaşdırılır.
Almaniyanın Köln şəhəri yaxınlığında, kömür mədəninin yanında, XIX əsrə aid Müqəddəs Lambert kilsəsini yıxılıb. Hindistanda isə ötən il, ölkənin baş naziri və çox digər vəzifəli şəxslərin iştirakı ilə 16-cı əsrə aid olan tarixi abidə, Babri Məscid məscidi dağıdılıb.

Dünya       Tarix: 28 mart 2021
f Paylaş

Oxşar xəbərlər

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

"Taliban"la Türkmənistan sərhədçiləri arasında TOQQUŞMA

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub. Bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti yazıb. Qəze

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb. Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:. "Birinci tələb ərzaq qiymətlərini

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl


son xeberler azerbaycan xeberleri yeni xeberler son.xeber ensonxeberler maraqlı xəbərlər son xeberler bugun 2026 muharibe