Myanmanın keçmiş liderinin həbs cəzası ARTIRILDI

Myanmanın keçmiş liderinin həbs cəzası ARTIRILDIMyanmanın keçmiş lideri, Nobel sülh mükafatı laureatı Aun San Su Çji korrupsiyada ittiham olunaraq daha 3 il müddətinə azadlıqdan məhrum edilib.
KONKRET.az BBC-yə istinadən xəbər verir ki, o, əvvəllər bir neçə cinayətdə təqsirli bilinərək 26 il həbs cəzası almışdı.
Qeyd edək ki, 77 yaşlı Aun San Su Çji 2021-ci ilin fevralında Myanmada hərbi çevrilişin ilk günündə nəzarət altına alınmışdı. Bildirilib ki, o, hazırda Myanmanın paytaxtı Neypido şəhərində təkadamlıq kamerada saxlanılır.
Hərbi rejim onu 18 cinayətdə, o cümlədən rüşvətxorluq, seçkilərin keçirilməsi qaydalarını pozmaqda, qanunsuz simsiz rabitə vasitəsi əldə etməkdə və pandemiya zamanı məhdudiyyətləri pozmaqa ittiham edir. Ümumilikdə irəli sürülən ittihamlara əsasən, Nobel mükafatı laureatı təxminən 190 il müddətinə azadlıqdan məhrum oluna bilər.
Qeyd edək ki, Aun San Su Çji Demokratiya uğrunda Milli Liqanın lideridir. O, 1991-ci ildə Nobel Sülh mükafatına layiq görülüb. O, 2016-2021-ci illərdə Myanmanın XİN rəhbəri və dövlət müşaviri (baş nazir statusuna uyğun) vəzifəsini tutub.
Xatırladaq ki, 2021-ci il fevralın 1-də Myanmada ordu ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çjini və başqa rəhbər şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini elan edib. Hazırda ölkədə hakimiyyət Myanma Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Min Aun Xlaynın əlindədir. Hərbçilər bildiriblər ki, çevriliş 8 noyabr 2020-ci ildə keçirilən seçkilərdə kütləvi saxtakarlıq ittihamlarına cavab olub. Çevrilişin ardınca Myanmada fövqəladə vəziyyət rejimi elan edilib. Ölkədə il ərzində hərbi xunta hakimiyyətdə olacaq.//Report

Hadisə       Tarix: 12 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi

Paytaxtın Xətai rayonunda kafelərin birində "Ceyhun Sabunçu" ləqəbi ilə tanınan Ceyhun Mirağayevin ölümü ilə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısına çıxarılıb. -ınəldə etdiyi məlumata görə, ölüml

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində batan ikinci balıqçının cəsədi dörd günlük axtarışlardan sonra tapılıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?

Vətəndaş Bakı-Sumqayıt ("Riyad" TM ərazisində-red.) yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxusu və zorakılığa məruz qaldığını iddia edir. xəbər verir ki, Elvira Vəliyeva bu barəd

Ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatı

Tovuzda 46 yaşlı kişini maşın vurdu

Tovuzda piyadanı maşın vurub. xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Asif Ələsgərovu avtomobil vurub. Piyadanın vəziyyəti ağır qiymətləndirilir. Hadis

Göyçayda 26 min manatlıq oğurluq: kürəkən və qayınata tutuldu

Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. KONKRET.azxəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artı

Goranboyda "Changan" kişini vurub öldürdü

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Changan" markalı mini


yeni xeberler azerbaycan xeberleri son xeberler son xabar son.xeber en yeni xeberler dunya xeberleri