Nadir Adilov: Mediasiya Şurasının bütün fəaliyyəti audit ediləcək

Nadir Adilov: Mediasiya Şurasının bütün fəaliyyəti audit ediləcəkMediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov bildirib ki, ölkəmizdə aparılan mediasiya islahatları artıq öz müsbət bəhrəsini verməkdədir. Belə ki, vətəndaşlarda və hüquqi şəxslərdə öz problemlərini mediasiya yolu ilə həll etmək sahəsində çox yüksək mədəniyyət formalaşır. Eyni zamanda mediasiyada olan tərəflər mediasiyanın faydalarını hiss edirlər. Çox qısa vaxt ərzindəki fəaliyyətimizə baxmayaraq, barışıq sazişlərinin artımında sıfır nöqtəsindən inkişaf nöqtəsinə doğru hər gün irəliləyiş var. 
Eyni zamanda biz meydana çıxan nöqsan və problemlərə də açıq bir qurumuq və bütün problemlərin vaxtında üzərinə düşməklə, ölkədə aparılan islahatlara sədaqətimizi işimizin keyfiyyətinin hər gün artan temp üzrə inkişafına nail olmaqla, problemləri anında həll etməklə ifadə edirik. - deyə N. Adilov qeyd edib.
N. Adilovun sözlərinə görə Mediasiya Şurasının İdarə Heyətinin təşəbbüsü ilə Şura fəaliyyətə başladığı dövrdən bu günədək olan fəaliyyəti ABAK-Az Crowe Ltd şirkəti tərəfindən kompleks audit edilməsi barəsində razılığa gəlinmişdir. Bizim İdarə Heyətindəki müzakirələrimiz və eyni zamanda Mediasiya Şurasının Daxili Audit Komitəsinin də mövqeyinin üst üstə düşməsi bizi sevindirir. N. Adilov qeyd edib ki, bildiyiniz kimi Mediasiya Şurasında Daxili Audit Komitəsi fəaliyyət göstərir və qeyd edilən komitə Şura da daxil olmaqla, bütün mediasiya təşkilatları və mediatorların fəaliyyətlərini İdarə Heyətinin qərarı əsasında daxili audit etmək səlahiyyətindədir. 
Amma biz eyni zamanda, Mediasiya Şurasının fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədi ilə kənar və nüfuzlu auditorların və nüfuzlu audit şirkətinin iştirakı ilə audit etməyə də qərar verdik. Nəticələrimizi də ictimaiyyətə açıq elan etmək məqsədindəyik. Bu sahədə ictimaiyyətə açıq məlumat verməklə, istər mediasiya təşkilatlarına, istərsə mediatorlara və istərsə də cəmiyyətə bu fəaliyyətimizi şəffaf əsaslarla elan edirik. N. Adilov qeyd edib ki, mediasiya proseslərinin məxfiliyini qorumaq şərti ilə, mediasiya islahatları geniş ictimai mahiyyət daşıdığından bu sahə cəmiyyət üçün açıq olmalıdır. Eyni zamanda, mediasiya islahatları sahəsində ictimai nəzarətin mediasiya proseslərinin məxfiliyi qorunmaq şərti ilə təmin olunması əsas məqsədlərimizdən biridir. 
Mediasiya Şurasının fəaliyyətini audit edəcək şirkət - ABAK-Az CROWE Ltd. (bundan sonra Crowe) Azərbaycanda fəaliyyət göstərən beynəlxalq professional audit şirkətlərindən biridir. Yarandığı dövrdən etibarən biznesin inkişafına yardım etməklə bərabər, Crowe özünün audit və mühasibat xidmətləri portfelini genişləndirmiş və beləliklə, getdikcə mürəkkəbləşən işgüzar mühitin tələblərinə  uyğunlaşmışdır. Croweun ciddi və peşəkar əməkdaşları yerlərdə və beynəlxalq miqyasda ayrı-ayrı şəxslərdən şirkətlərə, ticarət evlərindən böyük şirkətlər qrupuna, hökümətlərdən beynəlxalq qurumlara kimi geniş müştəri dairəsinin tələblərinə uyğun xidmətlər göstərir.
ABAK-Az Crowe Ltd. Crowe Globalın üzvüdür. Beynəlxalq audit qurumları arasında 9-cu yeri tutan və dünyanın 130 ölkəsində təmsil olunan 200 müəssisənin əhatə olunduğu Crowe Globala üzv olmaq məsuliyyəti şirkətin mütəxəssislərini öz professional səviyyələrini daim yüksəltməyə ruhlandırır.
"Crowe" Bakıda öz fəaliyyətinə 1997-ci ildə idarəetmə üzrə konsaltinq şirkəti kimi başlamışdır və 2003-cü ildən Azərbaycan Respublikası Auditorlar Palatasının üzvüdür.
Crowe Beynəlxalq Mühasibat Standartları, Beynəlxalq Audit Standartları və Azərbaycan Respublikasının müvafiq qanun və qaydaları üzrə daxili audit, müstəqil illik audit, dövri idarəetmə hesabları, Azərbaycan müəssisələrinin illik hesabatlarının Beynəlxalq Maliyyə Hesabat Standartları üzrə transformasiyası, ənənəvi və avtomatlaşdırılmış mühasibat xidmətləri, mühasibat sistemləri və daxili uçotun qurulmasının təhlili və tövsiyyələr, mühasibat proqramları üzrə tövsiyyələr vermək kimi xidmətlərin Azərbaycanda yerinə yetirilməsi üçün müvafiq icazəsi vardır. 
///visiontv / azxeber.com

Sosial       Tarix: 02 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli


azerbaycan xeberleri yeni xeberler son xeberler ən son xeberler cəbhədən yeni xəbərlər xeberler bugun 2026 valyuta