Naftalan və İvaniç-Qrad şəhərləri qardaşlaşıb - FOTOLAR

Naftalan və İvaniç-Qrad şəhərləri qardaşlaşıb - FOTOLARXorvatiya Respublikasının İvaniç-Qrad şəhəri və Naftalan şəhəri arasında əməkdaşlıq Xartiyasının imzalanması ilə əlaqədar geniş tədbir keçirilib. Şəhər gününə təsadüf edən tarixdə öncə Azərbaycan nümayəndə heyəti tədbir iştirakçıları ilə birlikdə Xorvatiya Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyublar.
Daha sonra İvaniç-Qrad Şəhər Şurasının böyük zalında baş tutan 200 nəfər iştirakçının və şəhər aktivinin qatıldığı rəsmi tədbirdə Naftalan nümayəndə heyəti – ŞİH başçısı Vüqar Novruzov və ŞİH-nin Sektor müdiri Ülfət Əliyev, Azərbaycanın Xorvatiyadakı səfirinin birinci katibi Zaur Abbasov iştirak ediblər.
Hər iki şəhər arasında dostluq və əməkdaşlıq haqqında Xartiya imzalanıb. Sənədi Azərbaycan tərəfindən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Xorvatiya tərəfindən İvaniç-Qrad şəhərinin meri Javor Bojan Leš imzalayıb. Xartiyanın imzalanması şəhərlər arasında humanitar, mədəni və turistik əlaqələrin inkişafına və hər iki dost şəhərin sakinləri arasında münasibətlərin qurulmasına töhfə verəcəkdir.
İmzalanmadan sonra hər iki şəhər rəhbəri çıxış edib, qarışılıqlı hədiyyələr təqdim edilib.
Günün sonunda keçirilən ikitərəfli görüşdə Naftalan ŞİH başçısı, İvaniç-Qrad şəhərinin meri, Zaqreb regional əyaləti rəhbərinin müavini Ervin Kolarec, Zaqreb regional əyalətinin Səhiyyə, Sosial Rifah və Xorvat Veteranları üzrə inzibati Departamentinin rəhbəri xanım Ksenija Ćulyak iştirak edib. Görüşdə vurğulanıb ki, Xartiyanın imzalanması xalqlarımızın daha da yaxınlaşmasına, oxşar dəyərlərin paylaşılmasına geniş imkanlar yaradacaqdır. Həmçinin, görüşdə Naftalan və İvaniç-Qradın oxşar şəhərlər olması, iki şəhər arasında turizm sahəsində davamlı və faydalı əlaqələrin yaradılmasının əhəmiyyəti qeyd olunub. Sonda İvaniç-Qrad şəhərinin meri və nümayəndə heyəti Azərbaycana, Naftalan şəhərinə dəvət olunublar. 
Qeyd edək ki, Naftalan şəhərini bundan öncə daha müxtəlif dörd ölkənin şəhərləri ilə imzalanmış qardaşlıq, tərəfdaşlıq əlaqələri birləşdirir.
Naftalan və İvaniç-Qrad şəhərləri qardaşlaşıb - FOTOLARNaftalan və İvaniç-Qrad şəhərləri qardaşlaşıb - FOTOLARNaftalan və İvaniç-Qrad şəhərləri qardaşlaşıb - FOTOLARNaftalan və İvaniç-Qrad şəhərləri qardaşlaşıb - FOTOLARNaftalan və İvaniç-Qrad şəhərləri qardaşlaşıb - FOTOLARNaftalan və İvaniç-Qrad şəhərləri qardaşlaşıb - FOTOLARNaftalan və İvaniç-Qrad şəhərləri qardaşlaşıb - FOTOLARNaftalan və İvaniç-Qrad şəhərləri qardaşlaşıb - FOTOLARNaftalan və İvaniç-Qrad şəhərləri qardaşlaşıb - FOTOLARNaftalan və İvaniç-Qrad şəhərləri qardaşlaşıb - FOTOLARNaftalan və İvaniç-Qrad şəhərləri qardaşlaşıb - FOTOLAR/ azxeber.com

Siyasi       Tarix: 14 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbər xeber saytlari hava proqnozu xeberler bugun