Naftalanda sağlamlıq turizminin inkişafına dair tədbir keçirildi - FOTOLAR

Naftalanda sağlamlıq turizminin inkişafına dair tədbir keçirildi - FOTOLARÖlkəmizin sağlamlıq turizmi sahəsində geniş imkanlara malik olduğu nəzərə alınaraq, bu sahədə potensialın reallaşdırılmasında özəl sektorun iştirakının genişləndirilməsi, eləcə də sahibkarların təkliflərini və gözləntilərini öyrənmək üçün Naftalan şəhərində tədbir keçirilib. 
azxeber.com xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Dövlət Turizm Agentliyinin və Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən "Sağlamlıq turizminin inkişafı: mövcud vəziyyət və potensial biznes imkanları" mövzusunda tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak ediblər. 
Tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub. 
Tədbirdə çıxış edən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Elnur Məlikzadə turizmin, o cümlədən sağlamlıq turizminin ölkə iqtisadiyyatının prioritet sahələrindən olması, bu sahədə Naftalan şəhərinin xüsusilə seçilməsi barədə fikirlərini bölüşüblər. Çıxışlarda vurğulanıb ki, Naftalanda 20-ə yaxın sanatoriya, kurort və mehmanxana fəaliyyət göstərir. Hər il minlərlə insan müalicə üçün Naftalana gəlir. Naftalana MDB-dən o cümlədən Avropa ölkələrindən gələn turistlərin sayı ildən ilə artır. Bu isə turizm şirkətləri üçün korporativ təkliflər formalaşdırmağa və bölgələrarası müxtəlif turizm marşrutlarının yaradılmasına imkan verir. Naftalandakı sağlamlıq mərkəzləri təkcə turizmin inkişafında deyil, həm də digər sektorlarda, xüsusilə ictimai iaşə və xidmət sahələrində çalışan çoxsaylı KOB subyektlərinin fəaliyyətinin genişləndirilməsində, şəhərin ümumi iqtisadi inkişafında, məşğulluğun artırılmasında da əhəmiyyətlidir.
Tədbirdə həmçinin, kadr ehtiyatlarının çatışmazlığı və bu istiqamətdə çətinliyin həlli yollarına, sağlamlıq turizminin genişləndirilməsində sığorta şirkətlərinin fəaliyyətinə, bu sahədə korporativ əməkdaşlığın inkişafına, turizm bazarında marketinqə, xidmət çeşidinin və keyfiyyətinin artırılmasına dair fikir mübadiləsi aparılıb.    
Qeyd edilib ki, tədbir çərçivəsində qaldırılan məsələlər və formalaşan təkliflər gələcəkdə KOBİA ilə Dövlət Turizm Agentliyinin müvafiq sahədə birgə təşəbbüslərinin həyata keçirilməsi zamanı nəzərə alınacaqdır.
Naftalanda sağlamlıq turizminin inkişafına dair tədbir keçirildi - FOTOLARNaftalanda sağlamlıq turizminin inkişafına dair tədbir keçirildi - FOTOLARNaftalanda sağlamlıq turizminin inkişafına dair tədbir keçirildi - FOTOLARNaftalanda sağlamlıq turizminin inkişafına dair tədbir keçirildi - FOTOLARNaftalanda sağlamlıq turizminin inkişafına dair tədbir keçirildi - FOTOLARNaftalanda sağlamlıq turizminin inkişafına dair tədbir keçirildi - FOTOLARNaftalanda sağlamlıq turizminin inkişafına dair tədbir keçirildi - FOTOLARNaftalanda sağlamlıq turizminin inkişafına dair tədbir keçirildi - FOTOLAR

Sosial       Tarix: 27 dekabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberleri bugun xeberler en sonxeber son xeber 2026